Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün ABŞ-a məxsus "Three Mile Island" AES-də qəza baş verdi

    28 Mart 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün ABŞ-a məxsus "Three Mile Island" AES-də qəza baş verdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    28 mart 1979-cu il, saat səhər 04:00 - da ABŞ-nin Pensilvaniya ştatındakı "Three Mile Island" AES-in 2-ci blokunda təzyiq klapanının bağlanmaması ilə ABŞ tarixinin ən qorxulu nüvə sınağı başladı. Radiasiya ilə çirklənmiş soyutma suyunun binalara sızması və reaktorun nüvəsinin həddindən artıq qızması bölgəni böyük bir fəlakətin astanasına gətirdi.

    1974-cü ildə tikilən və ucuz enerji mənbəyi kimi təqdim edilən stansiyada qəza baş verən zaman avtomatik təhlükəsizlik sistemləri işə düşsə də, idarəetmə otağındakı operatorların yanlış qərarları vəziyyəti ağırlaşdırdı. Cihazlardakı ziddiyyətli göstəriciləri düzgün oxumayan işçilər təcili soyutma sistemini söndürdülər.

    Reaktorun nüvəsi 4000 dərəcəyə qədər qızdı. Bu, tam nüvə əriməsinə (meltdown) cəmi 1000 dərəcə qalmışdı.

    Əgər nüvə tam ərisəydi, ölümcül radiasiya buludları kilometrlərlə əraziyə yayılaraq minlərlə insanın həyatına son qoya bilərdi.

    Qəzadan sonra stansiyanın sahibi olan "Metropolitan Edison" şirkəti radiasiya sızması barədə məlumatları gizlətməyə çalışsa da, müfəttişlər ərazidə artan radiasiya səviyyəsini qeydə aldılar. Qəzadan iki gün sonra reaktorun daxilində partlayış təhlükəsi yaradan nəhəng hidrogen qabarcığı aşkar edildi.

    Pensilvaniya qubernatoru Dik Tornburq hamilə qadınlara və uşaqlara ərazini tərk etməyi tövsiyə etdi. Nəticədə 100 mindən çox insan bölgədən qaçdı.

    Aprelin 1-də ABŞ Prezidenti Cimmi Karter stansiyaya gələrək şəxsən yoxlama apardı. Özü də təhsilli nüvə mühəndisi olan Karterin bu addımı həm yerli əhalini, həm də ölkəni sakitləşdirdi. Xoşbəxtlikdən, qəza nəticəsində heç kim həlak olmadı və mülki əhalinin sağlamlığına birbaşa zərər dəymədi.

    Hadisə cəmiyyətin nüvə enerjisinə olan inamını kökündən sarsıtdı. 2-ci blokun təmizlənməsi 1990-cı ilə qədər davam etdi, lakin o, bir daha istifadəyə verilmədi.

    #Nüvə kabusu: Three Mile Island qəzasından alınan acı dərslər. #Pensilvaniyada ərimə təhlükəsi: Reaktorun daxilində nələr baş vermişdi? #Three Mile Island: ABŞ-ın nüvə enerjisinə inamını bitirən gün. #Prezident Karterin cəsarətli addımı: Nüvə mühəndisi kimi reaktorda. #Hidrogen partlayışından xilas olan ABŞ: 100 min insanın qaçış hekayəsi.
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    2 Sentyabr 2026 03:00

    Tarixdə bu gün - 2 Sentyabr

    2 Sentyabr 2026 00:01

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    1 Sentyabr 2026 02:00

    Tarixdə bu gün — 1 Sentyabr

    1 Sentyabr 2026 00:01

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    Tarixdə bu gün – 31 Avqust

    31 Avqust 2026 00:01

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    Tarixdə bu gün – 30 Avqust

    30 Avqust 2026 00:01

    Diplomatik dönüşlər və terror aktları: 29 avqustda ərəb dövlətlərində nə baş verdi?

    29 Avqust 2026 03:00

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Qahirə toplantılarından hərbi əməliyyatlara: Ərəb coğrafiyasında 28 avqust xronikası

    28 Avqust 2026 03:00
    XƏBƏR LENTİ

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.