Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Tarixdə bu gün
    Tarixdə bu gün

    Spiritizmin doğulduğu gün: 14 noyabr 1848

    14 Noyabr 2025 03:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Spiritizmin doğulduğu gün: 14 noyabr 1848
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    1848-ci il 14 noyabrda ABŞ-ın Nyu-York ştatında yaşayan Fox bacılarının iddiası ilə dünyada yeni hərəkat doğuldu – spiritizm. Onların “ölülərlə danışması” həm Amerika, həm də Avropada böyük təlatüm yaratdı və yeni bir mistik axının əsasını qoydu.

    1848-ci ilin yazında – Samuel Morse “teleqraf” vasitəsilə tarixdə ilk mesajı göndərdikdən cəmi dörd il sonra – başqa bir “teleqraf” yarandığı iddia olundu. Bu dəfə mesajlar səssiz elektrik xəttindən deyil, qaranlıqdan, ruhlar dünyasından gəlirdi. Amerikalılar buna “ruhani teleqraf” deyirdilər.

    Fox ailəsi yeni köçdüyü kənd evində qəribə səslər eşitdiklərini bildirdi. Gecələr naməlum varlıq divarlara və döşəməyə vuraraq özünü hiss etdirirdi. Ailənin iki yeniyetmə qızı - Ketrin və Marqaretta - sual verdikdə, həmin varlıq masaya və divara vuraraq cavab verirdi. Qonşular da bu səhnəyə şahid oldular.

    Ruh özünü 31 yaşlı bir kişi kimi tanıtdı. Qonşulardan biri əlifbanı təkrarlamağı təklif etdi və hər hərfin üstündən keçdikdə ruh düzgün hərfləri “vuraraq” sözləri tamamladı. Bacıların anası yırdı:“Bir çərşənbə axşamı gecə saat on ikidə o ruh bizə dedi ki, bıçaqla boğazı kəsilərək öldürülüb.”

    Beləliklə, tarixdə ilk spirt seansı yaranmış oldu.

    Fox bacıları qısa müddətdə məşhurlaşdı. Uşağını itirən valideynlər ölən övladı ilə danışmaq üçün onlara üz tuturdu. Digərləri məhəbbət, ailə, hətta fond bazarı barədə məsləhət almaq istəyirdi. Böyük bacı - 35 yaşlı Leea - bunun kommersiya potensialını görən ilk şəxs oldu.

    1848-ci il 14 noyabrda Roçester şəhərinin “Corinthian Hall” zalında ilk böyük ictimai spiritist seansı keçirildi. Yerli qəzetlər bu haqda belə yazırdı:

    “Hisslərimiz bizə bunun real olduğunu qəbul etdirdi… RUH orada idi.”

    Spiritizm sürətlə yayıldı. 1860-cı illərin sonuna gəldikdə təkcə ABŞ-da təxminən 11 milyon spiritist var idi.

    Şöhrət Fox bacılarının həyatını dağıtdı. 1888-ci ildə Marqaretta, artıq dul və alkoqol asılı, New York Herald qəzetinə müsahibə verdi.
    Jurnalistin “Bu sadəcə aldadıcı bir şoudur?”-sualına - “Tamamilə”, - deyə Marqaretta cavab vermişdi.

    O, uşaq ikən ayaq oynaqlarını xüsusi şəkildə tərpədib o səsləri çıxarmağı öyrəndiyini etiraf etdi.

    fox-bacilari, spiritizm-1848, corinthian-hall, ruh-cagirma-tarixi, margaretta-etiraf, spiritual-telegraph, amerika-spiritizm-harakati

    #Fox sisters #Spiritizm tarixi #İlk seans #Corinthian Hall #Ruh çağırma #Margaretta Fox etirafı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    23 Avqust 2026 02:00

    Tarixdə bu gün – 23 Avqust

    23 Avqust 2026 00:01

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    22 Avqust 2026 03:00

    Tarixdə bu gün – 22 Avqust

    22 Avqust 2026 00:01

    Bu gün Havay ABŞ-ın 50-ci ştatına çevrildi

    21 Avqust 2026 03:00

    Tarixdə bu gün – 21 Avqust

    21 Avqust 2026 00:01

    Bu gün afrikalı qullardan ibarət ilk qrup Amerikaya gətirildi

    20 Avqust 2026 03:00

    Tarixdə bu gün – 20 Avqust

    20 Avqust 2026 00:01

    Bu gün ABŞ İranda çevriliş etdi

    19 Avqust 2026 03:00

    Tarixdə bu gün – 19 Avqust

    19 Avqust 2026 00:01

    "Əbu əd-Duhur" zərbəsi türklərə mesajdır - İsrail mediası

    18 Avqust 2026 21:27

    Bu gün Çingizxan öldü

    18 Avqust 2026 04:00
    XƏBƏR LENTİ

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.