#Kockums

Sualtı qayıqlar öz təhlükəsizliklərini təmin etmək və gözlənilməz hücum üstünlüklərini qoruyub saxlamaq üçün gizliliklərini itirməməlidirlər. Lakin hərəkət enerjisi təmin edən və ya generator funksiyasını yerinə yetirən daxili yanma mühərrikləri oksigenə ehtiyac duyurlar. Sualtı qayıqların bu səbəbdən dəniz səthinə çıxmaq məcburiyyətində qalması, eyni zamanda onların ən müdafiəsiz olduqları zaman kəsiyidir. Məhz bu təhlükəni aradan qaldırmaq və ya minimuma endirmək məqsədilə AIP (Air-Independent Propulsion / Havadan asılı olmayan sövq sistemləri) sistemləri inkişaf etdirilmişdir.