Bakı. AzerVoice:
Belçika Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzvlüyünü dəstəkləyib.
AzerVoice xəbər verir ki, bu barədə Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib deyib.
Lahbib ölkəsinin Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzvlüyünü dəstəklədiyini açıqlayıb.
O, Belçikanın Baş Assambleyada səsə qoyulan qətnamə layihəsinin lehinə səs verdiyini ifadə edən Lahbib, Fələstinin BMT-yə üzvlüyünü dəstəklədiklərini açıqlayıb.
"Fələstin beynəlxalq arenada öz yerini tam şəkildə tutmalıdır. Bu, iki dövlətli həll və etibarlı sülh prosesi istiqamətində mühüm addımdır" – deyə o öz paylaşımında qeyd edib.
Xatırladaq ki, BMT Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün BMT Təhlükəsizlik Şurasında yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini qəbul edib.
Qeyd edək ki, qanun layihəsinə 143 “hə” səsi verilib.
Hafiz Rufizoğlu