Energetika

Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüş keçirib. Görüşdə “Masdar” şirkəti ilə günəş və külək enerjisi istiqamətində uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub. Hazırda Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş enerjisi layihələrinin, eləcə də Abşeron və Qaradağ rayonlarında 200 MVt-dan çox gücdə külək enerjisi layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Gürcüstan Azərbaycan­dan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib. Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub. Məlumata görə, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan Azərbaycan neftinin öz ərazisi vasitəsilə Ermənistana tranzitini birdəfəlik və ödənişsiz şəkildə təmin edib. Növbəti partiya isə standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəb olub.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,83 ABŞ dolları və ya 2,58 faiz artaraq bir barel üçün 72,78 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 1,84 dollar və ya 2,69 faiz bahlaşaraq 70,13 dollar olub.

Enerji müstəqilliyi hədəfinə doğru qətiyyətlə irəliləyən Türkiyə, tədarük təhlükəsizliyinin mühüm dayağı olan neft və təbii qaz axtarış-hasilat işlərini Qara dənizdəki Sakarya Qaz Sahəsi və Qabar başda olmaqla, quru və dəniz sahələrində gücləndirməyə davam edir. Hazırda gündəlik təxminən 300 min barel neft ekvivalentində hasilat həyata keçirən Türkiyə Petrolları Anonim Ortaqlığının (TPAO) hasilatının 2028-ci ildə 500 min barelə, uzunmüddətli perspektivdə isə 1 milyon barelə çatdırılması hədəflənir.

Cari ilin yanvar ayında Azərbaycandan Ermənistana 2,404 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

bp “Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətindəki 10 faiz iştirak payını Macarıstanın “MVM Energetika Zrt.” (MVM) şirkətinə satdığını elan edib. Qalan paylar isə “SOCAR Green” – 39,99 faiz, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) – 10% və MVM – 10 faiz olaraq bölüşdürülüb. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, MVM-in layihəyə qoşulması birgə müəssisənin dayanıqlığını və uzunmüddətli dəyərini artıracaq:

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüş keçirib. Görüşdə Azərbaycan–Aİ enerji tərəfdaşlığının əsas istiqamətləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Azərbaycan qazının alıcılarının coğrafiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.