Energetika

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,85 ABŞ dolları və ya 5,57% ucuzlaşaraq 116,05 ABŞ dollarına enib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 7,32 dollar və ya 6,19% ucuzlaşaraq 110,97 ABŞ dolları təşkil edib.

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb. Görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib. Günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlər qeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu müstəvidə, hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm rolu diqqətə çatdırılıb.

Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupun hibrid formatda ilk iclası keçirilib. Nazir müavini Orxan Zeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycan tərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat” ASC, Serbiya tərəfdən Mədənçilik və Energetika Nazirliyi və “Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,52 ABŞ dolları və ya 3,33 faiz artaraq bir barel üçün 109,10 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 3,61 dollar və ya 3,55 faiz bahlaşaraq 105,24 dollar olub. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,68 dollar və ya 5,54 faiz artaraq bir barel üçün 70,06 dollara çatıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan regionda sabitlik və konstruktiv əməkdaşlıq üçün mühüm rol oynayır. Bu baxımdan ölkənin enerji siyasəti, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və enerji dəhlizlərinin yaradılması beynəlxalq tərəfdaşların diqqətini cəlb edir. Hazırda Azərbaycanda külək və günəş enerjisi ilə işləyən11 elektrik stansiyası layihəsinin icra olunduğu və yeni generasiya güclərinin elektrik şəbəkəsinə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə şəbəkə üzrə xüsusi araşdırma aparıldığı diqqətə çatdırılıb. Həmçinin enerji istehsalına tələbatı artıran data mərkəzlərinin yaradılması planları və elektrik enerjisinin Avropaya ixracı üçün nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, 2032-ci ildən etibarən Şərqi Avropa ilə elektrik bağlantısının yaradılması planlaşdırılır. Bu baxımdan Azərbaycan enerji istehsalı layihələrində iştirak edən və daha sonra həmin enerjini Şərqi Avropa bazarlarında ticarətə çıxaran Avropa şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 10,15 ABŞ dolları və ya 10,6 faiz artaraq bir barel üçün 105,58 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 10,23 dollar və ya 11,2 faiz bahlaşaraq 101,63 dollar olub.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,61 ABŞ dolları və ya 6,82 faiz artaraq bir barel üçün 87,90 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 5,34 dollar və ya 6,82 faiz bahlaşaraq 83,69 dollar olub.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan - Avropa İttifaqı dəyirmi masası təşkil edilib. Azərbaycan tərəfindən energetika nazirinin müavinləri Orxan Zeynalov və Elnur Soltanov, Aİ tərəfindən isə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero, Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğun (DG ENEST) Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adriyen Kiralinin iştirakı ilə keçirilən tədbirdə bağlantılar və ötürmə, bərpa olunan enerji layihələri, elektrik şəbəkələri, enerji səmərəliliyi, enerji saxlanması üzrə əməkdaşlıq diqqət mərkəzində olub. Dəyirmi masada Azərbaycanda enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində investisiya imkanları və Aİ-nin bu istiqamətlərdə dəstəyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq imkanları dəyərləndirilib.

Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Toplantı açılış sessiyasından sonra Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə plenar sessiyalarla davam edəcək.