Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində, “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb. “TAEF” və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.
Energetika
Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb. Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən mövcud layihələr, yeni əməkdaşlıq imkanları, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemləri, damüstü günəş enerjisi və regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişi müzakirə edilib, layihənin bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb. Məlumat mərkəzləri və süni intellektdən gələn tələbat, elektromobillərin artması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının artırılmasının vacibliyi qeyd edilib.
Avropa Birliyi (AB) onilliklərdir davam edən enerji asılılığına son qoyacaq radikal addımı rəsmiləşdirdi. AzerVoice xəbər verir ki, AB Şurası Rusiyadan təbii qazı və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının tamamilə dayandırılması barədə qərarı rəsmən təsdiqlədi.
BEA-nın son hesabatına əsasən, Norveçdən Avropanın qalan hissəsinə boru kəməri ilə nəql olunan qaz tədarüklərinin 2024-cü ilki göstəricilərə yaxın olacağı gözlənilir, digər yandan Şimali Afrika və Azərbaycandan idxalın mülayim artım göstərəcəyi proqnozlaşdırılır. Bu əlavə tədarüklər 2026-cı ilin iyul ayında Türkiyə ilə müqavilənin baş çatmasından sonra Rusiya və İrandan boru kəməri qazı idxalının azalmasını qismən kompensasiya edəcək.
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
2025-ci ildə Energetika Nazirliyi tərəfindən 157 icazə verilib. İxrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı üzrə 97, ixracı üzrə 36, tranziti üzrə 22, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə isə 2 icazə verilib. Bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin təşkilatçılığı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində iştirak edib. Nazir müavini Sammit çərçivəsində “Dekarbonizasiya üçün konkret addımlar” adlı panel sessiyada çıxış edib.
Ötən il Azərbaycandan Suriyaya 0,5 milyard kubmetr təbii qaz ixrac edilib. Ümumilikdə isə, 2025-ci ildə Azərbaycandan qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Hesabat ilində ixrac edilmiş qazdan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana nəql edilib.
QatarEnergy Livan hökuməti, TotalEnergies və Eni ilə imzalanmış saziş çərçivəsində Livan sahillərində yerləşən yeni dəniz kəşfiyyat blokunda pay əldə edib.AzerVoice xəbər verir ki,razılaşmaya əsasən, QatarEnergy Block 8 üzrə 30 faiz, operator olan TotalEnergies və Eni isə hər biri 35 faiz paya sahib olacaq.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib. İki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır. Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur.
OPEC+ ölkələri artan siyasi və geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, neft hasilatını sabit saxlamaq barədə prinsipial razılığa gəlib. Səkkiz əsas üzv — Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Qazaxıstan, Küveyt, İraq, Əlcəzair və Oman dünya neftinin yarısını hasil edir. Qrup 2025-ci ilin aprel–dekabr aylarında hasilatı gündəlik 2,9 milyon barel artırsa da, noyabrda əlavə artımı dayandırmaq qərarına gəlib.