Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Bakıda Azərbaycan və Aİ arasında "Yaşıl bağlantı" investisiya müzakirələri aparılıb

    3 Mart 2026 20:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda Azərbaycan və Aİ arasında "Yaşıl bağlantı" investisiya müzakirələri aparılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan - Avropa İttifaqı dəyirmi masası təşkil edilib.

    VOA Energetika Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan tərəfindən energetika nazirinin müavinləri Orxan Zeynalov və Elnur Soltanov, Aİ tərəfindən isə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero, Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğun (DG ENEST) Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adriyen Kiralinin iştirakı ilə keçirilən tədbirdə bağlantılar və ötürmə, bərpa olunan enerji layihələri, elektrik şəbəkələri, enerji səmərəliliyi, enerji saxlanması üzrə əməkdaşlıq diqqət mərkəzində olub. Dəyirmi masada
    Azərbaycanda enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində investisiya imkanları və Aİ-nin bu istiqamətlərdə dəstəyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq imkanları dəyərləndirilib.

    Dəyirmi masada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company), “Yaşıl Dəhliz Alyansı” (Green Corridor Alliance), “SOCAR Green”, “Azərenerji” ASC, “Siemens Energy”, “Total Energies”, “Nobel Energy”, “Azerbaijan Green Energy Company”, “ACWA Power”, “Masdar”, ENERCON, AYİB, AİB, BMK və Alman-Azərbaycan Ticarət Palatası təmsil olunub.

    Bakıda Azərbaycan və Aİ arasında "Yaşıl bağlantı" investisiya müzakirələri aparılıb
    Bakıda Azərbaycan və Aİ arasında "Yaşıl bağlantı" investisiya müzakirələri aparılıb
    #Bakıda Yaşıl bağlantı investisiya sammiti: Azərbaycan və Aİ-dən yeni addım #Nəhəng enerji şirkətləri Bakıda toplandı: Yaşıl Enerji Dəhlizi masada #Azərbaycan-Aİ dəyirmi masası: Bərpa olunan enerjiyə böyük investisiya cəlbi #Elnur Soltanov və Aİ rəsmiləri enerji səmərəliliyini müzakirə ediblər #Bakıdakı dəyirmi masada SOCAR Green #Masdar və Siemens iştirak edib #Avropa İttifaqı Azərbaycanın yaşıl enerji layihələrini dəstəkləyəcək
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan nefti ucuzlaşdı

    5 İyun 2026 09:59

    Azərbaycan nefti bahalaşdı

    16 May 2026 10:07

    Bazar həftədə 100 milyon barel neft itirə bilər - Saudi Aramco

    11 May 2026 20:12

    Azərbaycan nefti ucuzlaşıb

    1 May 2026 10:10

    BƏƏ OPEC-dən ayrılır - Əbu-Dabi niyə kvota sistemindən imtina etdi?

    30 Aprel 2026 09:00

    Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub

    22 Aprel 2026 16:50

    Azərbaycan “yaşıl enerji” ixracında əsas körpüyə çevrilir

    20 Aprel 2026 16:19

    İranla qaz müqaviləsi yaxın vaxtlarda başa çatır, hələlik uzadılması barədə danışıqlar yoxdur - Türkiyə

    20 Aprel 2026 00:07

    Azərbaycan nefti ucuzlaşdı

    18 Aprel 2026 09:42

    Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

    17 Aprel 2026 15:40

    Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib

    17 Aprel 2026 15:39

    Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

    17 Aprel 2026 13:36
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.