Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Pərviz Şahbazov: "Azərbaycan etibarlı 'yaşıl enerji' tərəfdaşına çevrilir"

    3 Mart 2026 20:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Pərviz Şahbazov: "Azərbaycan etibarlı 'yaşıl enerji' tərəfdaşına çevrilir"
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər iclası keçirilib. Bu mühüm tədbirdə 27 tərəfdaş dövlət, eləcə də 60 qurum və şirkətdən nümayəndələr iştirak edib.

    VOA Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa sadiqlik bir daha vurğulanıb. Bu tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpa olunan enerji mənbələrinin təşviqini, enerji səmərəliliyini, hidrogen istehsalını, metan emissiyalarının azaldılmasını və ətraf mühitin qorunmasını əhatə edir.

    Nazirlər iclasları çərçivəsində regional enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində prioritetlərin və layihələrin nəzərdən keçirilməsi, eləcə də ümumi çağırışların həlli və əlaqəliliyin gücləndirilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları və Aİ şirkətlərinin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçirilib.

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası dəhlizin Azərbaycan qazını artan sayda istehlakçıya etibarlı və rəqabətli şəkildə çatdıran ötürmə sistemi kimi mühüm rolunu xüsusi vurğulayıb. Regional tərəfdaşlar dəhlizin ardıcıl beşinci ildir uğurla fəaliyyət göstərdiyini qeyd edərək bunun Aİ-nin enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verdiyini bildiriblər. 2025-ci ildə Azərbaycan və SOCAR tərəfindən Aİ üzv dövlətlərinə 12,5 milyard kubmetr təbii qaz tədarük edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz artım deməkdir.

    Məşvərət Şurasında qaz hasilatı və ötürmə infrastrukturu sahəsində baş verən cari dəyişikliklər, eləcə də qarşıdakı illərdə tədarükün daha da artırılması baxımından maliyyələşdirmə və investisiya tələbləri və şərtləri müzakirə olunub. İclasda, həmçinin metan emissiyalarının azaldılması və qarşısının alınmasına dəstək verən Qlobal Metan Vədi və “Neft-Qaz Metan Tərəfdaşlığı 2.0” (OGMP 2.0) kimi təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

    Beynəlxalq Enerji Agentliyi (BEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən aparılan qiymətləndirmələrə əsasən, elektrikləşməyə daha sürətli keçid və elektrik şəbəkələrinə, eləcə də enerji saxlanma sistemlərinə investisiyaların artırılması təmin edilməzsə, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əldə olunan irəliləyişlər 2030-cu ilədək və sonrakı dövrdə tələb olunan emissiya azalmalarına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və xərclərə qənaətə tam şəkildə gətirib çıxarmayacaqdır. Azərbaycan və Avropa Komissiyası qlobal elektrikləşmə gündəliyinin irəli aparılmasına hazır olduqlarını təsdiqləyib, "Qlobal Enerji Keçidləri Forumu"nun COP31 kontekstində həyata keçirdiyi təşəbbüsləri alqışlayıblar.

    İştirakçılar Türkiyədə baş tutacaq COP31 tədbiri ərəfəsində enerji sistemlərinin çevikliyi, sərhədlərarası interkonnektorlar və enerji keçidini mümkün edən normativ-hüquqi mexanizmlər üzrə sıx əməkdaşlığın davam etdirilməsi niyyətini müsbət qarşılayıblar.
    Energetika naziri Pərviz Şahbazov bildirib: “Elektrik enerjisinə artan tələbat fonunda təbii qazın çevik və əsas strateji enerji mənbələrindən biri kimi inkişafının, eləcə də Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı kritik rolun əhəmiyyətini bir daha təsdiqlədik. Azərbaycan və Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji potensialını vahid sistemdə birləşdirərək Avropa ilə inteqrasiya olunmuş, şaxələndirilmiş və uzunmüddətli enerji təhlükəsizliyinə xidmət edən regionlararası yaşıl enerji dəhlizi və interkonnektorları üzrə əməkdaşlığımızı strateji gündəliyimizin prioritet istiqamətlərindən biri kimi təsbit etdik. Azərbaycan etibarlı tərəfdaş missiyasını təkcə təbii qazla deyil, həm də “yaşıl enerji” ilə genişləndirməkdən məmnundur.

    Komissar Dan Yorqensen deyib: "Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel olaraq inkişaf edir. Bu gün biz qaz tədarükünün təmin edilməsindən və metan emissiyalarının azaldılmasından elektrik şəbəkələrinin modernləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə qədər bütün enerji spektri üzrə əməkdaşlığı gücləndirdik. Azərbaycan və bütövlükdə region bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və regional əlaqələr sahəsində gələcək əməkdaşlıq üçün böyük potensiala malikdir. Cənubi Qafqaz ekoloji cəhətdən təmiz texnologiyalar və infrastrukturun inkişafı mərkəzinə çevrilə bilər. Avropa şirkətləri öz texnologiyaları, investisiyaları və təcrübələri ilə töhfə verməyə maraqlıdırlar. Hökumətlər, maliyyə qurumları və özəl sektorla əməkdaşlıq edərək bu vizyonu gerçəkləşdirə bilərik."

    [AZ] Pərviz Şahbazov Dan Yorqensen Bakı bəyanat enerji qaz yaşıl [TR] Perviz Şahbazov Dan Jørgensen Bakü bildiri enerji gaz yeşil [EN] Parviz Shahbazov Dan Jørgensen Baku statement energy gas green [RU] Парвиз Шахбазов Дан Йоргенсен Баку заявление энергия газ зеленый [AR] برويز شهبازوف دان يورغنسن باكو بيان طاقة غاز أخضر [DE] Parviz Shahbazov Dan Jørgensen Baku Erklärung Energie Gas grün [FR] Parviz Shahbazov Dan Jørgensen Bakou déclaration énergie gaz vert [ES] Parviz Shahbazov Dan Jørgensen Bakú declaración energía gas verde [IT] Parviz Shahbazov Dan Jørgensen Baku dichiarazione energia gas verde [PT] Parviz Shahbazov Dan Jørgensen Baku declaração energia gás verde [NL] Parviz Shahbazov Dan Jørgensen Baku verklaring energie gas groen [PL] Parviz Shahbazov Dan Jørgensen Baku oświadczenie energia gaz zielony [CN] 帕尔维兹·沙赫巴佐夫 丹·约根森 巴库 声明 能源 天然气 绿色 [JP] パルヴィズ・シャバゾフ ダン・ヨルゲンセン バクー 声明 エネルギー ガス グリーン [KR] 파르비즈 샤바조프 단 요르겐센 바쿠 성명 에너지 가스 그린 [HI] परविज़ शाहबाज़ोव डैन जोर्जेंसन बाकू बयान ऊर्जा गैस हरित [FA] پرویز شهبازوف دان یورگنسن باکو بیانیه انرژی گاز سبز [ID] Parviz Shahbazov Dan Jørgensen Baku pernyataan energi gas hijau [VI] Parviz Shahbazov Dan Jørgensen Baku tuyên bố năng lượng khí xanh [TH] ปาร์วิซ ชาห์บาซอฟ แดน ยอร์เกนเซน บากู แถลงการณ์ พลังงาน ก๊าซ สีเขียว [GR] Παρβίζ Σαχμπάζοφ Νταν Γιόργκενσεν Μπακού δήλωση ενέργεια φυσικό αέριο πράσινη [HE] פרוויז שהבאזוב דן יורגנסן באקו הצהרה אנרגיה גז ירוק [RO] Parviz Shahbazov Dan Jørgensen Baku declarație energie gaz verde [BG] Парвиз Шахбазов Дан Йоргенсен Баку изявление енергия газ зелена [UA] Парвіз Шахбазов Дан Йоргенсен Баку заява енергія газ зелена [HU] Parviz Shahbazov Dan Jørgensen Baku nyilatkozat energia gáz zöld [CZ] Parviz Šahbazov Dan Jørgensen Baku prohlášení energie plyn zelená [FI] Parviz Shahbazov Dan Jørgensen Baku lausunto energia kaasu vihreä [SE] Parviz Shahbazov Dan Jørgensen Baku uttalande energi gas grön [NO] Parviz Shahbazov Dan Jørgensen Baku uttalelse energi gass grønn]

    #Pərviz Şahbazov və Dan Yorqensenin Bakı bəyanatı: Enerjidə yeni dövr #Azərbaycanın Avropaya qaz ixracı 53 #8% artıb - Rəsmi rəqəmlər #Bakıda strateji qərar: Cənubi Qafqaz təmiz texnologiya mərkəzi olur #Pərviz Şahbazov: Azərbaycan etibarlı 'yaşıl enerji' tərəfdaşına çevrilir #Pərviz Şahbazov: Azərbaycan etibarlı 'yaşıl enerji' tərəfdaşına çevrilirDan Yorqensen: Avropa biznesi Azərbaycanın yaşıl layihələrində maraqlıdır #Dan Yorqensen: Avropa biznesi Azərbaycanın yaşıl layihələrində maraqlıdır #CQD Məşvərət Şurası: Bakıdan dünyaya enerji təhlükəsizliyi mesajı #Perviz Şahbazov ve Dan Jørgensen'den Bakü'de dev enerji bildirisi #Azerbaycan'ın AB'ye gaz ihracatı %53 #8 arttı: Güney Gaz Koridoru büyüyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan nefti ucuzlaşdı

    5 İyun 2026 09:59

    Azərbaycan nefti bahalaşdı

    16 May 2026 10:07

    Bazar həftədə 100 milyon barel neft itirə bilər - Saudi Aramco

    11 May 2026 20:12

    Azərbaycan nefti ucuzlaşıb

    1 May 2026 10:10

    BƏƏ OPEC-dən ayrılır - Əbu-Dabi niyə kvota sistemindən imtina etdi?

    30 Aprel 2026 09:00

    Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub

    22 Aprel 2026 16:50

    Azərbaycan “yaşıl enerji” ixracında əsas körpüyə çevrilir

    20 Aprel 2026 16:19

    İranla qaz müqaviləsi yaxın vaxtlarda başa çatır, hələlik uzadılması barədə danışıqlar yoxdur - Türkiyə

    20 Aprel 2026 00:07

    Azərbaycan nefti ucuzlaşdı

    18 Aprel 2026 09:42

    Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

    17 Aprel 2026 15:40

    Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib

    17 Aprel 2026 15:39

    Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

    17 Aprel 2026 13:36
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.