#Roland Prays

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb. Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən mövcud layihələr, yeni əməkdaşlıq imkanları, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemləri, damüstü günəş enerjisi və regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişi müzakirə edilib, layihənin bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb. Məlumat mərkəzləri və süni intellektdən gələn tələbat, elektromobillərin artması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının artırılmasının vacibliyi qeyd edilib.

Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.