Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

    14 Noyabr 2025 16:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Energetika Nazirliyində energetika nazirinin müavini Elnur Soltanovla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Conatan Herbax arasında görüş keçirilib.

    AzerVoice xəbər verir ki, görüşdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) də təmsil olunub.

    Müzakirələr zamanı bildirilib ki, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.

    COP29 zamanı Bakıda Energetika Nazirliyi ilə AEBA arasında imzalanmış enerji planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və bu çərçivədə Agentliklə əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətlər, habelə hüquqi çərçivənin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib. Azərbaycanın “təmiz enerji” sahəsində planları və AEBA ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb, məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.

    #Azərbaycan #Bakı #Fövqəladə Hallar Nazirliyi #COP29 #Energetika Nazirliyi #anlaşma memorandumu #Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) #Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) #Elnur Soltanov #COP29 enerji əməkdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    2 Sentyabr 2026 19:03

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    2 Sentyabr 2026 16:08

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

    2 Sentyabr 2026 11:18

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    2 Sentyabr 2026 09:32

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38
    XƏBƏR LENTİ

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.