#Elnur Soltanov

Energetika Nazirliyində energetika nazirinin müavini Elnur Soltanovla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Conatan Herbax arasında görüş keçirilib. Müzakirələr zamanı bildirilib ki, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.