Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi İranın nüvə fəaliyyətləri və ABŞ ilə davam edən müzakirələr barədə mühüm açıqlama verib. VOA xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Qrossi uranın zənginləşdirilməsi prosesinin dayandırılması müddətinin tamamilə siyasi müstəvidə həll olunacağını bildirib.
#Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA)
İran lazım olduğu halda müxtəlif səviyyələrdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müdirləri ilə danışıqlar apara bilər. bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Energetika Nazirliyində energetika nazirinin müavini Elnur Soltanovla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Conatan Herbax arasında görüş keçirilib. Müzakirələr zamanı bildirilib ki, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.