Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi artıb

    24 Noyabr 2023 09:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi artıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerPress:

    2023-cü ilin yanvar-oktyabr ayları ərzində Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) boru kəməri ilə 2022-ci ilin analoji dövründəki 17 milyard kubmetr ilə müqayisədə 18,2 milyard kubmetrdən artıq qaz nəql olunub.

    AzerPress bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

    Beləliklə, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz tədarükünün həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,7 faiz artıb.

    Onun payına 2023-cü ilin hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan qazın 55,2 faizi düşüb, ötən ilin analoji dövründə isə bu göstərici 53,8 faiz olub.

    2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə təqribən 33 milyard kubmetr qaz nəql olunub ki, bu da ötən ilin göstəricisindən (31,7 milyard kubmetr) 4 faiz çoxdur.

    Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

    Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) səhmdarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan nefti ucuzlaşdı

    5 İyun 2026 09:59

    Azərbaycan nefti bahalaşdı

    16 May 2026 10:07

    Bazar həftədə 100 milyon barel neft itirə bilər - Saudi Aramco

    11 May 2026 20:12

    Azərbaycan nefti ucuzlaşıb

    1 May 2026 10:10

    BƏƏ OPEC-dən ayrılır - Əbu-Dabi niyə kvota sistemindən imtina etdi?

    30 Aprel 2026 09:00

    Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub

    22 Aprel 2026 16:50

    Azərbaycan “yaşıl enerji” ixracında əsas körpüyə çevrilir

    20 Aprel 2026 16:19

    İranla qaz müqaviləsi yaxın vaxtlarda başa çatır, hələlik uzadılması barədə danışıqlar yoxdur - Türkiyə

    20 Aprel 2026 00:07

    Azərbaycan nefti ucuzlaşdı

    18 Aprel 2026 09:42

    Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

    17 Aprel 2026 15:40

    Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib

    17 Aprel 2026 15:39

    Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

    17 Aprel 2026 13:36
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.