Redaktorun Seçimi

Yaddaşlardan tez silinən Toyota C-HR modelinin ABŞ bazarını tərk etməsindən dörd il sonra, o, elektrikli avtomobil (EV) kimi geri döndü. O, hələ də kupe bənzəri pəncərə xəttinə malik, yerdən hündür kiçik krossoverdir, lakin bu dəfə daha böyük təəssürat yaratmağı hədəfləyir. Qiyməti 38,450 dollar olan model standart olaraq iki motorlu tam ötürücülü (AWD) sistemlə gəlir və ümumilikdə 338 at gücü və 323 funt-fut (438 Nm) fırlanma anı hasil edir.

Scout rəsmisi açıqlamasında: "Konsept avtomobillərimizi təqdim edərkən ilkin istehsalın 2027-ci ildə başlamasını və müştəri çatdırılmalarının bundan sonra həyata keçirilməsini hədəflədiyimizi bölüşmüşdük. Bu hədəf hələ də qüvvədədir. Biz 2026-cı ildə ilkin yoxlama (validation) avtomobillərini istehsal etməyə başlayacağıq. Bu miqyasda olan hər hansı iddialı layihədə olduğu kimi, dəyişikliklər olacaq, lakin biz amerikalı istehlakçıya məhsul çatdırmağa diqqət yetirmişik."-deyə bildirib.

ABŞ-ın milli təhlükəsizlik sahəsindəki yüksək rütbəli rəsmiləri Prezident Donald Trampa ordunun gələn şənbə günündən etibarən İrana qarşı mümkün zərbələr endirməyə tam hazır olduğu barədə məlumat veriblər. "CBS News" telekanalına danışan məlumatlı mənbələrin bildirdiyinə görə, hər hansı bir hərbi hərəkətliliyin qrafiki həftə sonundan sonrakı dövrü də əhatə edə bilər.

Ramazan düşünmək, tarazlıq tapmaq və bədənimizi daha diqqətlə dinləmək ayıdır. Bu dövrdə gündəlik vərdişlər, o cümlədən qəhvə istehlakı da dəyişir. Bir çox insan qəhvədən tamamilə imtina etmir, sadəcə onu nə vaxt və necə içdiyini yenidən tənzimləyir. Burada əsas məsələ düzgün yanaşmadır. Ramazan zamanı qəhvə içməyin “vahid doğru yolu” yoxdur. Zövq fərqləri, kofeinə həssaslıq, iş rejimi və yuxu qaydaları hər kəsdə fərqlidir. Əsas məqsəd orucluq müddətində bədənə dəstək olan variantı seçməkdir.

İranın "ISNA" xəbər agentliyinin hərbi sözçüyə istinadən verdiyi məlumata görə, sabah — cümə axşamı günü İran və müttəfiqi Rusiya Oman dənizində birgə hərbi təlimlər keçirəcək. Bu qərar İran və ABŞ arasında aparılan danışıqlardan dərhal sonraya təsadüf edir. Hərbi sözçü Həsən Maqsudlu bildirib ki, "Birgə Dəniz Təlimləri" Oman dənizi və Hind okeanının şimal hissəsində baş tutacaq. Maqsudlunun sözlərinə görə, təlimlərin məqsədi regionda dəniz təhlükəsizliyini gücləndirmək və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əlaqələri inkişaf etdirməkdir. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın podkastların birində yadplanetlilərin mövcudluğu ilə bağlı verdiyi bəyanat böyük səs-küyə səbəb olduqdan bir neçə saat sonra, o, bir bəyanat yayaraq onların varlığına dair heç bir sübut görmədiyini aydınlaşdırıb. Həftəsonu amerikalı aparıcı Brayan Tayler Koen ilə söhbət zamanı, qısa sual-cavab turunda Obamanın yadplanetlilərin varlığını təsdiqləmişdi. "Yadplanetlilər realdırmı?" sualına Obama belə cavab vermişdi: "Onlar realdır, lakin mən onları görməmişəm."

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında çərşənbə akşamı Cenevrədə başlaması planlaşdırılan danışıqlarda "dolayı yolla" iştirak edəcək. AzerVoice xəbər verir ki, o Tehranın saziş əldə etmək istədiyinə inandığını əlavə edib. "Mən həmin danışıqlarda dolayı yolla iştirak edəcəyəm. Bu danışıqlar olduqca mühüm əhəmiyyət kəsb edəcək".-deyə, Tramp ABŞ-ın "Air Force One" prezident təyyarəsində jurnalistlərə açıqlamasında deyib.