2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 1 milyon 227 min 94 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq, 3 min 62 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.
İqtisadiyyat
2025 - ci ilin yanvar - noyabr ayında Türkiyənin Kocaeli limanı 63 milyon 214 min 951 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Kocaeli limanından Türkiyə bayrağı altında üzən 4 milyon 825 min 345 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 58 milyon 389 min 606 ton yük daşınıb. 2025 - ci ilin yanvar - noyabr aylarında Kocaeli limanından tranzit 2 milyon 608 min 620 ton yük aşırılıb.
Oman Sultanlığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.Görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.
2025 - ci ilin yanvar - noyabr ayında Türkiyənin Güllük limanı 5 milyon 819 min 346 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Güllük limanından Türkiyə bayrağı altında üzən 1 milyon 397 min 251 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 4 milyon 422 min 95 ton yük daşınıb. 2025 - ci ilin yanvar - noyabr aylarında Güllük limanından tranzit 4 min 851 ton yük aşırılıb.
23 dekabr tarixində Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu təşkil olunacaq. Forum Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, dövlət və özəl qurumların nümayəndələri, eləcə də işgüzar birliklər və ticarət-sənaye palatalarının təmsilçilərinin iştirakı nəzərdə tutulur.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq, 111 milyon 36 min 25 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalaraq, 8 milyon 334 min 59 dollara çatdırıb.
2025-ci ilin noyabr ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 2 milyon 827 min 469 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz artaraq, 2 milyon 404 min 43 nəfər, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 423 min 426 nəfər təşkil edib.
2025-ci ilin yanvar-noyabr ayında Türkiyənin Kocaeli limanı 8 min 415 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən 2 min 424, digər ölkələrin bayraqları altında üzən 6 min 1 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 420 milyon 6 min 74 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz azalaraq, 22 milyon 250 min 30 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 15 milyard 506 milyon 584 min dollara bərabər olub.
Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli qarşılıqlı əlaqəni tam əks etdirməlidir. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edirik. Bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat bildirib.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 83,5 faiz artaraq, 22 milyon 435 min 27 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artaraq, 1 milyon 620 min 15 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 4 milyard 116 milyon 432 min dollara bərabər olub.
2025 - ci ilin yanvar - noyabr ayında Türkiyənin Aliağa limanı 65 milyon 681 min 92 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 2 milyon 723 min 961 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 62 milyon 957 min 131 ton yük daşınıb. 2025 - ci ilin yanvar - noyabr aylarında Aliağa limanından tranzit 1 milyon 686 min 277 ton yük aşırılıb.