İstanbul Səhiyyə İdarəsi 2026-cı il üçün dövlət xəstəxanalarında 10 ay müddətinə İmmunohistokimya, in situ hibridləşmə, immunofluoressensiya və histokimya üzrə laboratoriya xidmətlərinin satın alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İştirakçılardan maliyyə sabitliyi və iş dövriyyəsi ilə yanaşı, son 5 il ərzində analoji tibbi laboratoriya xidmətləri üzrə iş təcrübəsini təsdiqləyən sənədlər tələb olunur.
İqtisadiyyat
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 509 milyon 662 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 5,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 541 milyon 573 min dollar məbləğində polad ixrac edib.
Kripto aktivlər ekosisteminin aparıcı platforması və Web3 şirkəti olan Bitget, xüsusi beta mərhələsində rekord səviyyədə tələblə qarşılaşan TradFi (Ənənəvi Maliyyə) əməliyyat paketini rəsmi olaraq bütün istifadəçilərin istifadəsinə açdığını elan etdi. Bu addım, Bitget-in kriptovalyutanı ənənəvi maliyyə bazarları ilə inteqrasiya etmə strategiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 3 milyard 760 milyon 666 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən, Hakkari şəhərinin Yüksekova rayonunda 99 ədəd yaşayış binasının inşası, eləcə də infrastruktur və ətraf mühitin abadlaşdırılması işlərini əhatə edən genişmiqyaslı tikinti layihəsi üzrə tender elan edib.
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 730 milyon 868 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 17,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 17 milyard 731 milyon 750 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Van Böyükşəhər Bələdiyyəsi 380 növ idman ləvazimatının alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 30 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 1 mikyard 271 milyon 981 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Türkiyənin İstanbul şəhərinin Bağcılar rayonu üzrə səlahiyyətli qurumu tərəfindən rayonda yaşayan sosial dəstəyə ehtiyacı olan əhali qrupları üçün reabilitasiya yönümlü təhsil xidmətlərinin satın alınması məqsədilə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində qismən iş vaxtı rejimində reabilitasiya yönümlü təhsil xidmətlərinin göstərilməsi ilə yanaşı, 221 növ yardımçı materialın təmin edilməsi də nəzərdə tutulur.
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 285 milyon 110 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 15,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 2 milyard 838 milyon 524 min dollar məbləğində xalça ixrac edib.
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 782 milyon 187 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 9 milyard 408 milyon 630 min dollar məbləğində tekstil ixrac edib.
2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub. Beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla, 2025-ci ilin 1 dekabr tarixinə operativ məlumatlara əsasən, xarici dövlət borcu 4 milyard 820,7 milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz azalıb