2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 51 milyon 319 min 28 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq, 4 milyon 818 min 18 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.
İqtisadiyyat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.
2025-ci il ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 191 milyon 98,9 min manat olub.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana mebel ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalaraq, 136 milyon 877 min 25 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq, 10 milyon 238 min 12 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən qurumun idarəetmə strukturlarında bir sıra yeni təyinatlar həyata keçirilib.
2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5 milyon manat çoxdur. Qeyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard 6 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 336,1 milyon manat vəsait ödənilib. Əvvəlki ilə nisbətən bu sektordan vergi daxilolmaları 978,7 milyon manat və ya 8,9 faiz artıb.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana sement ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq, 44 milyon 322 min 21 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq, 5 milyon 287 min 62 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 4 milyard 499 milyon 901 min dollara bərabər olub.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana dəri ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,7 faiz azalaraq, 12 milyon 309 min 78 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 faiz azalaraq, 775 min 49 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbayacana xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz azalaraq, 9 milyon 471 min 99 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Azərbayacana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalaraq, 1 milyon 225 min 49 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 31 milyard 931 milyon 878 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 643 milyon 742 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,5 faiz azdır” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 31 milyard 931 milyon 878 min dollar məbləğində kimyəvi maddə ixrac edib.
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 4 milyard 499 milyon 901 min dollara bərabər olub.