İqtisadiyyat

2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 100 milyon 440 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8,7 faiz azdır” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 1 milyard 445 milyon 58 min dollar məbləğində dəri məhsulları ixrac edib.

2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub. “Keçən ilin dekabr ayında Türkiyə 737 milyon 174 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 4,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 7 milyard 987 milyon 82 min dollar məbləğində mebel ixrac edib.

Kocaeli Universitetinin Dövriyyə Kapitalı İdarəsi tərəfindən 69 növ tibbi sərf materiallarının satın alınması məqsədilə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 20 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Keçən ilin noyabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,6 faiz arataraq 5 milyard 864 milyon 175 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 3,3 faiz artaraq, 65 milyard 72 milyon 804 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalaraq 3 milyard 596 milyon 682 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Keçən ilin noyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artaraq 3 milyard 470 milyon 320 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 0,6 faiz artaraq, 36 milyard 547 milyon 944 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 4 milyard 465 milyon 696 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Keçən ilin noyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 8,8 faiz azalaraq 843 milyon 125 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 1,1 faiz azalaraq, 9 milyard 894 milyon 677 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz azalaraq 640 milyon 88 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,5 faiz azalaraq 751 milyon 556 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,1 faiz azalaraq, 8 milyard 819 milyon 618 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1 milyard 121 milyon 82 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Keçən ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 54 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq 22 milyard 536 milyon dollar, idxalı isə 2,6 faiz artaraq 30 milyon 518 min dollar olub. “Keçən ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 576 milyard 928 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Amerika–Azərbaycan Ticarət Palatası (USACC) Palatanın 30 illiyi münasibətilə ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək. Martın 10-da baş tutacaq konfrans ABŞ və Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini, investorları və maliyyə sektorunun təmsilçilərini bir araya gətirəcək. Konfrans iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin müzakirəsinə həsr olunacaq.

Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin Yanğın və Fəlakət İdarəetmə İdarəsi 4 ədəd nərdivanlı yanğınsöndürən maşının alınması üçün tender keçirəcəyini açıqlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq maşınların 15 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.