İqtisadiyyat

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini "Baa3" səviyyəsində təsdiqləyib. Agentlik qeyd edir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli maliyyə buferi ilə dəstəklənir ki, bu da xarici şoklara qarşı həssaslıq risklərini azaldır. Bununla yanaşı "Moody`s" vurğulayır ki, Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılı olaraq qalır.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Misirə polad ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq, 443 milyon 129 min 55 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artaraq, 56 milyon 20 min 83 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.

2025-ci ilin dekbar ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 3 milyon 72 min 205 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz artaraq, 2 milyon 605 min 368 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 466 min 837 nəfər təşkil edib.

2025-ci ilin yanvar-dekabr aylarında Səudiyyə vətəndaşları Türkiyədə 594 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 51 obyekt azdır. Məlumata görə, keçən ilin dekabr ayında Səudiyyə vətəndaşları Türkiyədə 74 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 18 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.