"Red Sea Gateway Terminal" (RSGT) şirkəti və Fransanın "CMA CGM" gəmiçilik qrupu Ciddə İslam Limanında dördüncü terminalın inkişaf etdirilməsi və idarə olunması məqsədilə ilkin investisiya dəyəri təxminən 434 milyon dollar (1.6 milyard riyal) olan birgə müəssisənin yaradılmasına dair yekun sazişləri imzalayıb. Sazişlər Parisdə, Səudiyyə Ərəbistanı–Fransa İnvestisiya Dəyirmi Masası çərçivəsində, Vəliəhd və Baş nazir Şahzadə Məhəmməd bin Salman ilə Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə imzalanıb.
İqtisadiyyat
Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda büdcə kəsirinin bu il ümumi daxili məhsulun (ÜDM) 6.2 faizinə qədər genişləndikdən sonra, neft və qeyri-neft gəlirlərinin bərpası fonunda 2027-ci ildə 4.3 faizə qədər azalacağı gözlənilir. 2026-cı il üzrə "Brent" markalı neftin qiymət proqnozunun ABŞ-İran anlaşmasından sonrakı ucuzlaşma nəticəsində bir barel üçün 88 dollardan 84 dollara endirilməsi ilə əlaqədar olaraq, region üzrə builki kəsir proqnozu 5.7 faizdən 6.2 faizə yüksəldilib.
Daşkənddə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirə iki ölkədən 400-dək şirkətin nümayəndəsi qatılıb. Forumda ticarət, sərmayə, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Orta Dəhlizin sadəcə tranzit marşrutundan əlavə dəyər yaradan iqtisadi platformaya çevrilməsi əsas hədəflərdən biri kimi göstərilib. Qarabağ və Şərqi Zəngəzurun sərmayə imkanlarına xüsusi diqqət ayrılıb. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək yüksək qiymətləndirilib. Forum çərçivəsində energetika, maliyyə, infrastruktur, tikinti və istehsal sahələrini əhatə edən əməkdaşlıq sənədləri mübadilə edilib. Tərəflər yeni birgə layihələrin həyata keçirilməsi və özəl sektorlar arasında əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Azərbaycan və Özbəkistan arasında IV Regionlararası Forum çərçivəsində yeni əməkdaşlıq sənədləri imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Sənədlər energetika, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələri əhatə edir. Məqsəd iki ölkə arasında iqtisadi əlaqələri daha da şaxələndirməkdir. Yeni razılaşmalar işgüzar birliklər arasında birbaşa əlaqələrin gücləndirilməsinə xidmət edəcək. Özəl sektorun potensialından daha geniş istifadə olunması əsas hədəflərdən biri kimi göstərilir. Tərəflər yeni birgə layihələrin həyata keçirilməsini də planlaşdırırlar. Forumun nəticələrinin Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının daha da inkişafına təkan verəcəyi gözlənilir.
Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu Daşkənddə işini başa çatdırıb, Plenar iclas çərçivəsində Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, iki ölkənin investisiya və ixrac agentliklərinin nümayəndələri, həmçinin Özbəkistan və Azərbaycan regionlarının nümayəndələri çıxış ediblər.
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.Bildirilib ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
“Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 50%, “Azəralüminium” MMC-nin ixracı 46%, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin (Cəmiyyət) ixracı isə 75%-dən çox artıb. Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan “Azər-Türk Bank”, “Azəralüminium” və Cəmiyyət 2026-cı ilin ilk yarısında əsas maliyyə, istehsal və ixrac göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib.
"Joint Operations" ("Saudi Arabian Chevron Inc." / "Kuwait Gulf Oil Company") materialların tədarükü üzrə açıq ictimai tenderləri elan edib. Hər iki şirkətdən birində qeydiyyatdan keçmiş və tenderlərdə iştirak etmək istəyən Küveyt və Səudiyyə tacirləri təkliflərini "SMART BY GEP" elektron platforması ([suspicious link removed]) vasitəsilə təqdim etməlidirlər.
2026-cı ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil və 4 iş yeri olmaqla ümumilikdə 94 daşınmaz əmlak obyekti alıblar. Bu göstərici 2025-ci ilin iyul ayı ilə müqayisədə 10 obyekt azdır. Ötən ilin eyni ayında Azərbaycan vətəndaşları Türkiyədə 98 mənzil və 6 iş yeri satın alıblar. Məlumata görə, 2026-cı ilin iyulunda Türkiyədə ümumilikdə 123 min 603 mənzil satılıb. Bu, illik müqayisədə 17 faiz azalma deməkdir.
Kriptovalyuta vasitəçiliyi ilə məşğul olan "Bits of Gold" şirkəti məlumatların təhlili üzrə xarici şəbəkəyə edilən kiberhücum nəticəsində təxminən 200 min müştərisinin fərdi məlumatlarının hakerlər tərəfindən oğurlandığını açıqlayıb. Baş ofisi Təl-Əvivdə yerləşən şirkətin bildirdiyinə görə, haker müştərilərin adlarına, milli şəxsiyyət vəsiqəsi nömrələrinə, e-poçt ünvanlarına, telefon nömrələrinə, IP ünvanlarına, habelə bank hesabı təfərrüatlarına və açıq cüzdan ünvanlarına icazəsiz giriş əldə edə bilib.
Avqustun 17-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri Dövlətxan Dövlətxanov və İlqar İsbatov Bakıda səfərdə olan Özbəkistan Respublikasının Daşkənd şəhər merinin müavini Azizxon Şovkatov ilə görüşüblər.
Misir Nazirlər Kabinetinin Media Mərkəzi bazar ertəsi günü 2026-cı ilin birinci yarısında ölkədə təxminən 26 min yeni şirkətin təsis edildiyini açıqlayıb. Mərkəz yaydığı mətbuat bəyanatında 2026-cı ilin yanvar-iyun ayları ərzində Misirdə şirkətlərin qeydiyyata alınma tempinin təxminən 20 faiz artdığını bildirib.