Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi

    11 Mart 2026 19:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ikinci təcrübə mübadiləsi sessiyası keçirilib.

    VOA Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə istinadən xəbər verir ki, tədbirdə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqram çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, proqramın pilot mərhələsində 3, əsas mərhələdə isə 15 müəssisə iştirak edib. Bu müəssisələrdə beynəlxalq metodologiyalar əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və hər biri üçün fərdi transformasiyaya dair yol xəritələri hazırlanıb.

    Qeyd olunub ki, pilot mərhələdə iştirak edən müəssisələrə transformasiya üzrə yol xəritəsinin icrasına başlayıblar. İcra mərhələsində müəssisələrə ekspert dəstəyi göstərilir. Həmçinin yol xəritələrinin icrası zamanı müəssisələrə maliyyə alətlərinə çıxış üçün dəstək tədbirləri göstərilir.

    Sessiya çərçivəsində rəqəmsal transformasiya üzrə ekspertlər Ahmet Can Tanyeri və Ersin Oral təqdimatlarla çıxış ediblər. Süni intellekt texnologiyalarının istehsal proseslərinin optimallaşdırılması, məlumatların təhlili və qərar qəbuletmə mərhələsində istifadəsi ilə bağlı beynəlxalq təcrübələr paylaşılıb.

    Tədbirdə 4SİM-in süni intellekt layihələrinin rəhbəri Ruslan Zeynalzadə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” platforması barədə təqdimatla çıxış edib. Bildirilib ki, platforma qlobal texnoloji və iqtisadi trendlər üzrə geniş analitik bilik bazası təqdim edir və istifadəçilərə aparıcı beynəlxalq təşkilatların və tədqiqat institutlarının analitik materiallarına çıxış imkanı yaradır.

    Sessiyada proqramda iştirak edən 15 müəssisədən texnoloji transformasiya proseslərinə məsul 50 əməkdaş iştirak edib. Proqramda iştirak edən müəssisələr arasında təcrübə və bilik mübadiləsi, texnoloji transformasiya ilə bağlı praktiki məsələlər müzakirə olunub.
    Qeyd edək ki, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Müəssisələr proqram barədə industry4.az saytından ətraflı məlumat əldə edə bilərlər.

    Tədbirin sonunda iştirakçı şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb və transformasiya prosesinin növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi
    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi
    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi
    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi
    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi
    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi
    Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi
    #Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı üzrə ikinci sessiya keçirildi #4SİM rəqəmsal transformasiya üzrə təcrübə mübadiləsi sessiyası təşkil etdi #Müəssisələrin texnoloji transformasiyası müzakirə olundu #Süni intellekt və rəqəmsal iqtisadiyyat mövzuları gündəmdə #Azərbaycanda rəqəmsal iqtisadiyyat proqramı genişlənir #15 müəssisənin iştirakı ilə texnoloji transformasiya sessiyası keçirildi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

    2 İyul 2026 20:12

    İsveçrə Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

    2 İyul 2026 18:53

    Avropa Komissiyasının sədri Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq proqram elan edib

    1 İyul 2026 20:52

    Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər

    1 İyul 2026 20:48

    Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib - Ursula Fon der Lyayen

    1 İyul 2026 20:43

    Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər - Avropa Komissiyasının Prezidenti

    1 İyul 2026 20:08

    İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub.

    29 İyun 2026 18:53

    Azərbaycandan tranzitlə Ermənistana buğda göndəriləcək

    27 İyun 2026 21:01

    Səudiyyənin Azərbaycan ilə ticarət həcmi açıqlanıb

    27 İyun 2026 17:50

    BƏƏ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq strateji tərəfdaşlığa çevrilib – Səfir

    26 İyun 2026 14:58

    İİB Azərbaycanda islam maliyyəsinin inkişafını dəstəkləməyə sadiqdir

    26 İyun 2026 11:56

    AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

    26 İyun 2026 10:51
    XƏBƏR LENTİ

    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

    İşğal altındakı İordan çayının qərb sahilində yeni hücumlar qeydə alınıb

    Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı 4 298 nəfərə çatıb

    Livan ordusunun komandanı Böyük Britaniya və Pakistan diplomatları ilə görüşüb

    İran ABŞ-nin rəhbərliyi ilə keçirilən təhlükəsizlik toplantısını tənqid edib

    Livanın cənubunda sakinlər dağıntılar içində qalan evlərinə qayıdır

    Hörmüz boğazında qalan gəmi ilə bağlı adı hallanan Məhəmməd Hüseyn Şamxani kimdir?

    Livan torpağının bir qarışından belə imtina etməyəcəyik - Cozef Aun

    Livan və Suriya qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq haqqında razılaşma imzalayıb

    İsraillilərin əksəriyyəti 7 oktyabr hücumu ilə bağlı müstəqil araşdırma tələb edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.