#Süni intellekt və rəqəmsal iqtisadiyyat mövzuları gündəmdə

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ikinci təcrübə mübadiləsi sessiyası keçirilib. Tədbirdə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqram çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, proqramın pilot mərhələsində 3, əsas mərhələdə isə 15 müəssisə iştirak edib. Bu müəssisələrdə beynəlxalq metodologiyalar əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və hər biri üçün fərdi transformasiyaya dair yol xəritələri hazırlanıb.