Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    2026-cı ildə pensiya ödənişləri üçün DSMF-yə ayrılacaq vəsait 6,3 % artacaq

    4 Noyabr 2025 11:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2026-cı ildə pensiya ödənişləri üçün DSMF-yə ayrılacaq vəsait 6,3 % artacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin balanslaşdırılması məqsədilə 2026-cı il dövlət büdcəsində 1 700 000 000 manat vəsait nəzərdə tutulur.

    AzerVoice-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

    Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 100 000 000 manat və ya 6,3 % çoxdur.

    Bu vəsaitin Fondun xərclərinin tərkibində xüsusi çəkisi 20,0 % təşkil edəcək.

    Xərclərin artımının əsas səbəbi pensiya ödənişi xərclərinin cari il üçün ölkə üzrə gözlənilən ortaaylıq əməkhaqqının artım tempinə müvafiq olaraq indeksləşdirilməsi ilə bağlıdır.

    Azərbaycan Respublikası dövlət sosial müdafiəsi fondunun büdcəsinin xərcləri 8 483 100 000 manat (2025-ci illə müqayisədə 806 700 000 manat və ya 10,5 % çox) səviyyəsində proqnozlaşdırılır.

    Xərclərin 8 323 100 000 manatı fondun gəlirləri (2025-ci illə müqayisədə 705 700 000 manat və ya 9,3 % çox), 160 000 000 manatı isə fondun cari ilin sonuna istifadə olunmamış qalığı hesabına qarşılanması nəzərdə tutulur.

    Fondun büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.

    İşsizlikdən sığorta fondunun büdcəsinin xərcləri 266 400 000 manat (2025-ci illə müqayisədə 5 700 000 manat və ya 2,2 % çox) səviyyəsində proqnozlaşdırılır.

    Xərclərin 238 300 000 manatı fondun gəlirləri (2025-ci illə müqayisədə 31 900 000 manat və ya 15,5 % çox), 28 100 000 manatı isə fondun cari ilin sonuna istifadə olunmamış qalığı hesabına qarşılanması nəzərdə tutulur.

    #Azərbaycan #Bakı #DSMF #pensiya qanunu #Dövlət Sosial Müdafiə Fondu #Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi #Milli Məclisin İqtisadi siyasət #sənaye və sahibkarlıq komitəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

    3 Sentyabr 2026 20:03

    Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    3 Sentyabr 2026 18:29

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    3 Sentyabr 2026 11:39

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    3 Sentyabr 2026 11:32

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    2 Sentyabr 2026 19:03

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    2 Sentyabr 2026 16:08

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

    2 Sentyabr 2026 11:18

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.