#Dövlət Sosial Müdafiə Fondu

Fevral ayı üzrə sosial ödənişlərin tam şəkildə həyata keçirilməsi üçün son tarix açıqlanıb. Bildirilib ki, ödənişlər müəyyən olunmuş qrafikə uyğun şəkildə vətəndaşların bank hesablarına köçürülür. Sosial təminat tədbirləri çərçivəsində əhalinin həssas qruplarının vaxtında maliyyə dəstəyi ilə təmin edilməsi prioritet olaraq qalır

2026-cı ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 284 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb. Həmin vətəndaşların 93 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 370 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 1 886 nəfəri mərkəzi, 41 935 nəfəri isə regional filiallarda qəbul edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq. Bildirilir ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 mlrd. manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 mln. manat çox olmaqla 4 mlrd. 873 mln. manat olması nəzərdə tutulub. Qeyd edilən göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci ildə həyata keçirdiyi sosial müdafiə tədbirlərinin nəticələri və 2026-cı il üzrə hədəflərinə dair mətbuat konfransı keçirilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verib. Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfinin reallaşdırıldığını vurğulayıb.

Belə ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən bir sıra qanunvericilik aktlarında dəyişiklik edilməklə, eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib. Qeyd edilən Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və sözügedən iki xidmət də bu gündən DOST mərkəzləri tərəfindən göstəriləcək.