Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyə limanları ilə 23 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    29 Oktyabr 2025 09:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə limanları ilə 23 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından 23 milyon 706 min 302 ton xam neft məhsulları daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 919 min 635 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 21 milyon 786 min 667 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

    “Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 24 milyon 87 min 836 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

    Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 20 milyon 611 min 717 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 411 min 316 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 51 min 953 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 582 min 543 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 307 milyon 854 min 459 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 675 min 355 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 286 milyon 179 min 104 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 66 min 576 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 801 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 146 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 655 olub.

    2025-ci ilin yanvar - sentyabr ayında Türkiyə limanları 47 min 630 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 777, Türkiyə bayrağı altında olan gəmilər isə 30 min 853 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #yük daşıma #xam neft #Xam neft daşınması #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanlarının yük qəbulu 2025 #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik #Xam neft hasilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 18:00

    Türkiyə limanlarına iyulda 6 mindən çox gəmi daxil olub (ÖZƏL)

    10 Avqust 2026 16:00

    BƏƏ-dən Türkiyə limanlarına 223 min tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 14:00

    Türkiyə limanları iyulda 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    10 Avqust 2026 12:45

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00

    Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 10:05

    Antalya limanında "yük" partlayışı - 2 milyon tonu kim daşıdı? (ÖZƏL)

    28 İyul 2026 14:00

    Ambarlı limanında "yük" partlayışı - 17 milyon tonu kim daşıdı? (ÖZƏL)

    28 İyul 2026 12:00

    Aliağa limanında "yük" partlayışı - 35 milyon tonu kim daşıdı? (ÖZƏL)

    27 İyul 2026 13:00

    Türkiyə limanları iyunda 46,9 milyon ton yük qəbul edib (ÖZƏL)

    27 İyul 2026 11:00
    XƏBƏR LENTİ

    Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək – Nazir müavini

    Qətərdə salon açmaq istəyənlər üçün vacib məsləhətlər

    Husilərin hücumları nəticəsiz qalmayacaq - Yəmən hökuməti

    İran İsrailin Livana qarşı hücumlarını pisləyib

    Sudan ordusunun hərbi uğurları siyasi razılaşmaya çevrilə bilərmi?

    Fənərbaxçanın avtobusuna silahlı hücum - 11 il sonra 5 şübhəli saxlanıldı

    Viza randevularını botlarla ələ keçirib 918 milyon lirə qazandılar

    Davosdan Əminə Ərdoğana xüsusi dəvət - Türkiyənin “Sıfır Tullantı” vizyonu müzakirə olunacaq

    İrlandiya üzərində qələbə Əfqanıstana Dünya Kuboku bileti qazandırdı

    İnfantinonun vəzifədən uzaqlaşdırılması “dəhşətli səhv” olar - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.