Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan və ABŞ elmi mərkəzi Xəzər regionunda nəqliyyat və iqtisadi əməkdaşlığı müzakirə edib

    8 Oktyabr 2025 17:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və ABŞ elmi mərkəzi Xəzər regionunda nəqliyyat və iqtisadi əməkdaşlığı müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan və Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu elmi-tədqiqat mərkəzi – “Caspian Policy Center” arasında Xəzər regionunda nəqliyyat, enerji, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləri barədə fikir mübadiləsi aparılıb.

    Bu barədə AzerVoice Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

    Belə ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi – “Caspian Policy Center”in İdarə Heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Qeyd edilib ki, görüşdə Xəzər regionunda nəqliyyat, enerji, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləri barədə fikir mübadiləsi aparılıb.

    Rəhman Hümmətov Orta Dəhlizin genişləndirilməsi istiqamətində həyata keçirilən infrastruktur və institusional islahatlar barədə ətraflı məlumat təqdim edib. Nazir müavini qeyd edib ki, Azərbaycan regionda multimodal logistika mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi, liman, dəmir yolu və hava limanlarının modernləşdirilməsi, Zəngəzur dəhlizinin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

    Rəhman Hümmətov, həmçinin “Caspian Policy Center”in Xəzər regionunda dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və regional sabitliyin təşviqi sahəsində apardığı tədqiqat və təşəbbüsləri yüksək qiymətləndirib.

    Görüş zamanı gələcəkdə birgə layihələr və analitik platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

    Azərbaycan və ABŞ elmi mərkəzi Xəzər regionunda nəqliyyat və iqtisadi əməkdaşlığı müzakirə edib
    Azərbaycan və ABŞ elmi mərkəzi Xəzər regionunda nəqliyyat və iqtisadi əməkdaşlığı müzakirə edib
    #Azərbaycan #ABŞ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur

    18 Avqust 2026 11:06

    Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

    18 Avqust 2026 10:32

    Diplomatiya və hərbi sahə koordinasiyalı fəaliyyət göstərir - Əraqçi

    18 Avqust 2026 10:21

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    17 Avqust 2026 22:20

    ABŞ-İran anlaşması müharibənin həlli üçün hələ də əhəmiyyət daşıyır

    17 Avqust 2026 20:17

    ABŞ Tomahawk raketlərinin istehsalını artırmaq üçün 22,9 milyard dollarlıq müqavilə bağladı

    17 Avqust 2026 20:07

    İran ABŞ-la İnqilab Keşikçiləri arasında danışıqlar aparıldığını inkar edib

    17 Avqust 2026 18:57

    60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?

    17 Avqust 2026 18:53

    ABŞ Yaxın Şərqdəki silah ehtiyatının yalnız cüzi hissəsindən istifadə edib - Tramp

    17 Avqust 2026 18:37

    Trampdan İrana sərt mesaj - “Ağ bayraq qaldırın”

    17 Avqust 2026 18:28

    Tramp İrana nüvə silahına sahib olmağa heç bir halda icazə verilməyəcəyini bildirib

    17 Avqust 2026 18:14
    XƏBƏR LENTİ

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    Bahalıq, vergilər və sığorta cəzası: İsraildə daxili köç böhranı dərinləşir

    Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya

    Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur

    Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?

    Diyarbəkirdə 6,1 milyard barellik neft ehtiyatı üçün qazıntı başlayıb

    Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

    Səudiyyə islahatı və Tunis modeli-Ərəb feminizminin iki fərqli qütbü

    Diplomatiya və hərbi sahə koordinasiyalı fəaliyyət göstərir - Əraqçi

    Səudiyyə Ərəbistanının geoloji xəzinəsi - Əl-Huteymə haqqında bilmədikləriniz

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.