Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Fransadan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    18 Avqust 2025 12:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fransadan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2025-ci ilin yanvar- iyul aylarında Fransadan Türk limanlarına 2 milyon 92 min 792 ton yük daşınıb.

    Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Fransadan Türkiyə limanlarına 551 min 598 ton yük daşıyıb.

    “Bu ilin yanvar- iyul aylarında Fransadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 541 min 194 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Fransadan Türkiyəyə Fransa bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

    2025-ci ilin yanvar- iyul aylarında Fransadan Türkiyə limanlarına 217 min 882 ton tranzit yük daşınıb.

    Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 304 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin iyul ayında Türkiyə limanlarından 5 milyon 529 min 163 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanları 243 milyon 740 min 27 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 980 min 866 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 226 milyon 759 min 161 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

    Qeyd edək ki, Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub.

    2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

    #Fransa #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #yük daşıma #yük qatarı #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

    25 Avqust 2026 19:25

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    25 Avqust 2026 10:15

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Fransa-Səudiyyə Strateji Tərəfdaşlıq Şurası ilk dəfə toplanır - Gündəlikdə nələr var?

    21 Avqust 2026 10:08

    Makron ölümə yardım haqqında qanunu təsdiqlədi

    19 Avqust 2026 14:03

    İran iki fransalı diplomatı "persona non grata" elan etdi

    19 Avqust 2026 11:58

    Tehran Fransa səfirliyinin iki əməkdaşına qapıları bağladı

    17 Avqust 2026 18:20

    Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    16 Avqust 2026 09:30

    Tehran fransalı diplomatlarla bağlı ciddi ittihamlar irəli sürüb

    15 Avqust 2026 18:35

    Fələstinlilərin evlərini ələ keçirənləri cəzalandırın - Fransa

    14 Avqust 2026 20:44

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39
    XƏBƏR LENTİ

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.