2025-ci ilin yanvar- iyul aylarında Fransadan Türk limanlarına 2 milyon 92 min 792 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Fransadan Türkiyə limanlarına 551 min 598 ton yük daşıyıb. “Bu ilin yanvar- iyul aylarında Fransadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 541 min 194 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Fransadan Türkiyəyə Fransa bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb. 2025-ci ilin yanvar- iyul aylarında Fransadan Türkiyə limanlarına 217 min 882 ton tranzit yük daşınıb.
#yük qatarı
2025-ci ilin yanvar-iyul ayında Türkiyənin Tekirdağ limanı min 768 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Tekirdağ limanı Türkiyə bayrağı altında üzən 686, digər ölkələrin bayraqları altında üzən min 82 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.
Çindən Türkiyəyə Orta Dəhliz marşrutu üzrə hərəkət edən Çin–Avropa yük qatarlarının çatma müddəti 15 günə qədər qısalıb.