Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyədə avtomobil bazarına baxış: Qeydiyyat rəqəmləri və marka payları

    22 İyul 2025 10:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə avtomobil bazarına baxış: Qeydiyyat rəqəmləri və marka payları
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bu ilin iyun ayında Türkiyədə 189 min 237 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb.

    AzerVoice xəbər verir ki, bu vasitələrin 48,7 faizini motosikletlər, 38,2 faizini avtomobillər, 7,8 faizini pikaplar, 3,1 faizini traktorlar, 1,3 faizini yük maşınları, 0,6 faizini mikroavtobuslar, 0,2 faizini avtobuslar və 0,1 faizini xüsusi məqsədli nəqliyyat vasitələri təşkil edib.

    “May ayı ilə müqayisədə qeydiyyata alınan nəqliyyat vasitələrinin ümumi sayı iyun ayında 10 faiz azalıb”-deyə məlumatda qeyd edilir.

    Məlumata əsasən xüsusi məqsədli nəqliyyat vasitələrində 16,3 faiz və traktor kateqoriyasında 4,9 faiz artım qeydə alınsa da, digər bütün kateqoriyalarda azalma müşahidə olunub. Ən böyük azalma avtobuslarda 34,9 faiz, mikroavtobuslarda 30 faiz, yük maşınlarında 28,5 faiz və avtomobillərdə 16,9 faiz olub.

    2024-cü ilin iyun ayı ilə müqayisədə isə ümumi qeydiyyatlarda 4,7 faiz azalma olub.

    “Minik avtomobillərində bu azalma 4,5 faiz, motosikletlərdə 7,4 faiz, traktor kateqoriyasında 5,9 faiz, avtobuslarda isə 4,8 faiz təşkil edib. Bunun əksinə olaraq, mikroavtobusların sayı 36,1 faiz, pikapların sayı 11,5 faiz, yük maşınlarının sayı isə 2,2 faiz artıb”-deyə bildirilir.

    Ümumilikdə 32 milyon 366 min 546 nəqliyyat vasitəsi qeydiyyatdadır

    2025-cü ilin yanvar-iyun ayına olan statistikaya görə, Türkiyədə dövlət qeydiyyatında olan nəqliyyat vasitələrinin ümumi sayı 32 milyon 366 min 546 olub.

    Onların 51,7 faizi avtomobil, 20,6 faizi motosiklet, 14,8 faizi pikap, 7,1 faizi traktor, 3,2 faizi yük maşını, 1,6 faizi mikroavtobus, 0,7 faizi avtobus və 0,3 faizi xüsusi məqsədli vasitələrdir.

    İyul ayında ölkə daxilində 840 min 22 nəqliyyat vasitəsinin sahibi dəyişib. Bu vasitələrin 66,6 faizi avtomobillər, 14,4 faizi pikaplar, 12,4 faizi motosikletlər, 2,8 faizi traktorlar, 1,7 faizi yük maşınları, 1,5 faizi mikroavtobuslar, 0,4 faizi avtobuslar və 0,2 faizi xüsusi məqsədli vasitələr təşkil edib.

    İyunda qeydiyyata alınan 72 min 361 ədəd avtomobil arasında markalara görə paylanma belə olub: Volkswagen (8,3%), Renault (8,1%), Peugeot və Fiat (hər biri 6%), Hyundai və Toyota (hər biri 5,2%), Skoda və BYD (hər biri 4,9%), Opel (4,6%), Citroen (3,8%), Mercedes-Benz (3,6%), BMW (2,7%), Chery və Audi (hər biri 2,5%), Ford (2,4%), Kia (2,1%), Nissan (2,0%), Dacia (1,7%), Mini (1,2%), Honda (1,1%) və digər markalar (21,1%).

    Avtomobillərdə ən çox seçilən rəng Boz olub. İlin ilk yarısında qeydiyyata alınan avtomobillərin 40,6 faizi boz, 24,5 faizi ağ, 13,2 faizi qara, 11,5 faizi mavi, 4,6 faizi yaşıl, 4,1 faizi qırmızı rəngdə olub. Qalanlar isə daha az payla digər rənglərə (qəhvəyi, sarı, narıncı və s.) aiddir.

    #BMW #Mercedes-Benz #Türkiyə nəqliyyat statistikası 2025 #Türkiyədə qeydiyyata alınan avtomobillər #Türkiyə nəqliyyat vasitələrinin sayı #Yeni avtomobil qeydiyyatı Türkiyə #Türkiyədə avtomobil markalarının payı #Avtomobil bazarı Türkiyə 2025 #Türkiyədə minik avtomobilləri #Türkiyə traktor və yük maşını statistikası #Türkiyə mikroavtobus statistika #Avtomobil qeydiyyatı rəqəmləri #2025 avtomobil bazarı tendensiyası #Peugeot #Fiat #Hyundai #Skoda #Opel #Citroen #Audi #Kia #Dacia #Mini
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qualcomm BMW ilə strateji çip müqaviləsi bağlayıb

    29 İyul 2026 19:41

    Büdcə dostu brend hara gedir? Dacia-dan sürətli elektrikləşmə və qiymət bəyanatı

    15 İyul 2026 17:30

    Aldatıldığını düşünən müştəri BMW-dən pulunu aldı

    21 İyun 2026 21:55

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    8 İyun 2026 00:10

    Yeni Mercedes S500 nələr vəd edir? (FOTO)

    13 May 2026 07:23

    2026 BMW 550e xDrive icmalı - Rəqəmsal xaosun kölgəsində qalan mühəndislik şedevri (FOTO)

    12 May 2026 12:10

    Tarixdə bu gün – 11 May

    11 May 2026 00:01

    BMW Z4 istehsalı başa çatdı: 30 illik roadster erasının sonu

    9 May 2026 01:23

    Nissanın V6 mühərrikləri - Altı silindrli gücün fəlsəfəsi

    7 May 2026 00:10

    Porsche əfsanəvi modelin istehsalını dayandırır

    6 May 2026 23:59

    Küveytdə uçuşlar əvvəlki sürətini bərpa edir

    26 Aprel 2026 13:39

    2026-cı il model Kia EV6-nın qiymətləri açıqlandı: Ötən illə müqayisədə kəskin ucuzlaşma

    24 Aprel 2026 18:00
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.