Mülki Aviasiya Baş İdarəsinin (DGCA) məlumatına görə, ölkədə hava nəqliyyatı pandemiyadan sonrakı bərpa mərhələsini tamamlayaraq, tam sürətlə inkişaf etməyə başlayıb.
#Kia
Uzun müddət davam edən gözləntilərdən sonra 2026-cı il model "Kia EV6"nın qiymətləri nəhayət rəsmən elan edilib. Yeni qiymət cədvəli göstərir ki, bütün model sırası ötən illə müqayisədə xeyli daha əlçatan olub. Bu ilin əvvəlində "Hyundai Ioniq 6" ilə birlikdə Kia-nın elektrikli kompakt SUV-nin taleyi sual altında idi və hətta modelin ABŞ bazarından çıxarılacağı barədə şayiələr gəzirdi.
Cənubi Koreyanın avtomobil nəhəngləri "Hyundai" və "KİA" sənayeni təəccübləndirməkdə davam edir. Hər iki şirkət 2030-cu ilə qədər ABŞ bazarı üçün klassik çərçivəli (body-on-frame) pikaplar hazırladıqlarını rəsmən təsdiqləyib. Bu, avtomobil dünyasında ciddi maraqla qarşılanan mühüm bir addımdır, çünki koreyalı istehsalçılar artıq bir çox seqmentdə liderliyi ələ almağa başlayıblar.
Cənubi Koreyanın avtomobil nəhəngi KIA, qlobal strategiyasında böyük dəyişikliklər edir. Seulda keçirilən "CEO Investor Day" tədbirində şirkət 2030-cu ilə qədər illik qlobal satışlarını 4,13 milyon ədədə çatdırmağı planlaşdırdığını açıqlayıb. Bu hədəfin 1 milyonunu elektromobillər (EV), 1,1 milyonunu isə hibrid modellər təşkil edəcək.
Kia bunu "Telluride effekti" adlandırır. Şirkət 2020-ci il üçün üç sıra oturacaqlı Telluride SUV modelini ilk dəfə bazara çıxardığı vaxtdan bəri satışlarda, bazar payında və hətta avtomobillərinin orta satış qiymətlərində əhəmiyyətli artım müşahidə edib. Bu böyümə yalnız Telluride-in uğuru ilə əlaqələndirilməsə də, bu modelin avtomobil dünyasında Kia-nın yüksəlişinə böyük töhfə verdiyini əminliklə demək olar.
Bu ilin iyun ayında Türkiyədə 189 min 237 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb.