Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu mövzusunda konfrans keçirilib

    9 Sentyabr 2024 14:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu mövzusunda konfrans keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Dünya üzrə şirkətlərin 90%-dən çoxu kiçik və orta bizneslərdir. KOB-lar dünyada məşğulluğun 70%-ni, ümumi daxili məhsulun 50%-ni təmin edir. KOB-ların ətraf mühitə fərdi təsiri nisbətən kiçik olsa da, qlobal miqyasda istixana qazı emissiyasının 50%-i, biznes sektorunun enerji istifadəsinin isə 30–60%-i onların payına düşür. Milyonlarla KOB-un yaşıl iqtisadiyyata keçidi iqlim dəyişiklikləri ilə qlobal mübarizəyə öz müsbət töhfəsini verə bilər. Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6%-ni KOB subyektləri təşkil edir.

     AzerVoice xəbər verir ki, KOB-ların iqlim dəyşiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni bir daha diqqətə çatdırmaq, bu sahədə görüləcək birgə tədbirləri müzakirə etmək məqsədilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib.

    İqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların və sahibkarların ictimai birliklərinin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

    Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxışlarında yaşıl iqtisadiyyatın dayanıqlı inkişafda rolu, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən milli prioritetlərdən olan "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" prioriteti üzrə görülən tədbirlər, ekoloji təmiz texnologiyaların tətbiqi və yaşıl istehsalın artırılması, təkrar emal, çirklənmiş ərazilərin bərpasının təşviqi üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycanda KOB subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu artmaqdadır. KOB-lar ÜDM-nin artmasına, məşğulluğa, azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına mühüm töhfələr verir. Yeni dönəmdə yaşıl iqtisadiyyatın inkişafında da KOB-lar öz sözünü deməlidir.

    Bu istiqamətdə KOB subyektlərindən gözləntilər enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə yolu ilə enerji səmərəliliyinə nail olmaq, tullantıların təkrar emalı, tullantı miqdarının azaldılması və ekoloji təmiz materiallardan istifadə olunması, özəl sektorun sosial layihələrdə aktiv iştirakı, ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin istehsalı və sairdir.

    Konfransda BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Dünya İqlim Fondunun İdarə Heyətinin sədri Cens Nilsen çıxış ediblər.

    KOB-ların yaşıl transformasiyası milli və qlobal səviyyədə maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu zərurətdən irəli gələrək KOBİA tərəfindən KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün qlobal təşəbbüs irəli sürülüb və bu, KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiyası Bəyannaməsində öz əksini tapıb. Tədbir çərçivəsində müvafiq bəyannamə COP29-un prezidentinə təqdim edilib.

    Tədbirdə KOBİA və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Səlim Güven tərəfindən imzalanmış sənəd kiçik və orta sahibkarlıq subyketlərinin yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur.

    Konfransda BMT-nin Qlobal Sazişi tərəfindən korporativ dayanıqlılıq mədəniyyətinin təşviqində fəal iştirakına görə KOBİA-ya sertifikat təqdim edilib.

    Tədbir “KOB subyektlərinin yaşıl iqtisadiyyata keçidinin zərurəti” və “İqlim maliyyəsi və KOB-lar” mövzularında panel iclaslarla davam edib.

    #Mikayıl Cabbarov #Muxtar Babayev #Yaşıl İqtisadiyyat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    Davosdan Əminə Ərdoğana xüsusi dəvət - Türkiyənin “Sıfır Tullantı” vizyonu müzakirə olunacaq

    11 Avqust 2026 11:23

    Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

    3 Avqust 2026 18:03

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    23 İyul 2026 18:24

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    22 İyul 2026 19:51

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49

    Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib

    8 İyul 2026 21:34
    XƏBƏR LENTİ

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    "Absher" və "Maidan Companion" - Səudiyyə Ərəbistanı təhlükəsizliyin gələcək modelini açıqladı

    Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Azərbaycan və Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.