Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib. Tədbirdə dayanıqlı inkişafın maliyyələşdirilməsi müzakirə olunub. İslam maliyyəsi və investisiya alətləri əsas mövzulardan olub. Özəl kapitalın cəlbi və regional əməkdaşlıq vurğulanıb. Rəsmilər yaşıl maliyyənin əhəmiyyətini qeyd ediblər. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi ön plana çıxarılıb. Yeni maliyyə mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.
#Yaşıl İqtisadiyyat
İslam İnkişaf Bankı (IsDB) Qrupu Azərbaycandakı layihə portfelinə innovasiyaları, rəqəmsal transformasiyanı və “yaşıl” artım həllərini daha fəal şəkildə tətbiq etmək niyyətindədir.Bankın məlumatına görə, innovativ maliyyə alətlərinin, biliklərin və özəl sektorun cəlb edilməsinin birləşməsi Azərbaycanın dayanıqlı inkişafını sürətləndirməyə kömək edən dinamik ekosistemin formalaşdırılmasına yönəlib.
Bu ilin ilk 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 milyon kVt/saat, yəni 0,1% artaraq 21,799 milyard kVt/saat olub. Məlumata görə, bu dövrdə istilik elektrik stansiyalarında (İES) 18,659 milyard kVt/saat, su elektrik stansiyalarında (SES) 2,414 milyard kVt/saat, digər mənbələr üzrə isə 724,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 511 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı iqlim dəyişikliyinin artıq abstrakt təhlükə yox, real təhlükə olduğunu bəyan edib. Japarov vurğulayıb ki, ŞƏT-ə üzv ölkələrin birgə fəaliyyəti qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.