Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Faizsiz Bankçılığın mahiyyəti və onun meydana gəlməsi

    27 Avqust 2024 09:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Faizsiz Bankçılığın mahiyyəti və onun meydana gəlməsi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Hal-hazırda Faizsiz Bankçılıq (interest-free banking) kimi tanınan maliyyə institutları tarix boyu mövcud olan ənənəvi banklardan əsas fərqli cəhəti qısaca olaraq Faizsiz Bankların istənilən maliyyə xidmətlərində faiz kimi meydana çıxa biləcək əməliyyatların aparılmaması kimi xarakterizə etmək olar. Amma onu da qeyd edək ki, Faizsiz Bankçılığın təməli sayılan nəzəri məsələlərdə “faiz” və”gəlir”–ə yanaşma müasir ənənəvi bank sisteminin meydana gəlməsinin vətəni sayılan Qərbin iqtisadi fikir nümayəndələrinin baxışlarından köklü şəkildə fərqlənir. Bu baxımdan da mövcud Faizsiz Bankların fəaliyyət prinsipləri özünəməxsus konseptual əsaslara malikdir.

    İlkin çağlarda və Orta əsrlərdə ”sələm” sözü təyin edilən faiz dərəcəsindən daha artıq miqdarda tutulan ödəniş kimi qəbul edilirdi. XV əsrə qədər borc məbləğindən artıq ödəmələr ingilis ədəbiyyatında sələm adlanırdı. Sələm hal–hazırda işlədilən faiz sözünün sinonimidir və Oksford lüğətinə əsəsən bu termin özünün indiki mənasını XVI – XVII əsrlərdən götürmüşdür. Faizə pul vermək kimi qəbul olunan “sələm” öz köklərini təxminən 4 min il əvvəldən alır və ilk meydana çıxdığı vaxtlardan ənəvi, etik, dini və hüquqi müstəvilərdə mühakimə, qadağan və tənqid olunmuşdur. Tarix boyunca onun tənqid olunmasına aid maddi dəlillər müxtəlif adət-ənənə institutları və sosial islahatçılar tərəfindən olub. Bunun əsasında duran əsas səbəb iş etikası, sosial ədalət, iqtisadi qeyri-stabitlik və nəsillərarası bərabərliyin qorunması problemləri olmuşdur. İslam, Xristianlıq, İudaizm, Buddizim kimi dini mənbələr açıq və dolayı yolla faizi qadağan etmişlər.

    Yunan filosofu Aristotelə görə pul mübadilə əməliyyatlarını asanlaşdırmaq üçün bir vasitədir və buna görə də o başqa bir dəyər yarada bilməz. O, bu fikrə əsaslanaraq pulun təmiz olmasını da nəzərə alaraq onun istifadəsinə görə alınan faizi ədalətsizlik kimi hesab etmişdir.(Zamir İqbal and Abbas Mirakhor, “An Introduction to Islamic Finance: Theory and Practice, Jahn &Sons (Asia) Ltd. 2007, page 69 )

    İudaizmdə faiz qədim yəhudi sözü olan “nəşəq” və ”turbis” kəlimələri ilə göstərilərək antik əlyazmada açıq-aydın qadağan olunmuşdur. Faizə bənzər mənada olan qədim yəhudi sözü “nəşəq” pulun əşyanın və ya hər hansı bir əmlakın borc verilməsi nəticəsində qazanılan pul mənasına gəlir.

    Nəşəq termini hələ də tam aydın olmasa da ümumi mənası kreditorun debitordan borc müqabilində faiz tutmasıdır. Exodus və Levidikus yazılarında bu söz kasıb və möhtaclara borc vermək şəklində anlaşılırdı, Teteronunda isə xaricilərlə ticarət əlaqələri istisna olmaqla bütün növ faizlə borc vermak qadağan olunmuşdur.

    Xristianlıq dininə gəldikdə isə İncil (Bibliya) zamanında pulun istifadəsi müqabilində ödənilən bütün ödənişlər qadağan olunmuşdur. Burada borc üzərində faiz tutulmasını qadağan edən bir çox dəlillər vardır. Xristianlığın ilk çağlarında faiz almaq pislənilirdi. Dante özünün ”Müqəddəs komediya” əsərində sələmçiləri hətta cinayətkarlardan da dəhşətli göstərərək onları cəhənnəmin yeddinci qatında yerləşdirib.

    Orta əsrlərdə Papa sələmin bütün formalarına qarşı çıxırdı. Çünki, pulun əsas məqsədi mübadilə vasitəsi olub və prinsipcə əsas istifadəsi də onun xərclənməsidir. Sələmə qarşı olan hərəkat orta əsrlərə qədər güclənərək davam etdi və 1311-ci ildə Papa V Klement sələmin istifadəsinə qəti qadağa qoydu.

    Orta əsrlərin sonuna doğru Ticarət erası ərzində pulun böyük miqyaslı ticarət əməliyyatlarında oynadığı rol və ona kapital kimi baxılması puldan alınan faizin kapital və digər istehsal amillərinin icazəsindən alınan pul ilə eyniləşdirmək fikirlərini ortaya çıxartdı. Protestant inqilabı hərakatının və kapitalizmin yüksəlişi ilə belə bir fikir ortaya çıxdı ki, sələm yalnız digər bir şəxsə zərər verdiyi halda günah sayılır.

    Hətta bir sıra sələm hərakatının tərəfdarı faizlə olan əməliyyatların getdikcə genişlənməsinə baxmayaraq Katolik kilsəsinin faizə qarşı fikirlərini dəstəkəyirdilər. Onu da qeyd edək ki, Veronada 1740–ci ildə aşağı olan 4 faizli çeklər (bond) dövriyyəyə buraxılan zaman Papa bunu kəskin bir şəkildə pisləmişdi. Bu hadisə onu göstərir ki, 18–ci əsrlərdəki Xristianlıq anlayışında nəinki həddən çox olan faiz hətta faizin bütün növləri sələm anlayışına daxil edilirdi.

    İslam dininin meydana gəldiyi dövrlərdə də faiz (riba) çox geniş yayılmışdır. Burada 605–ci ildə baş verən kiçik bir tarixi hadisəni qeyd etməyə dəyər. Belə ki, Allahın (c.c) evi sayılan müqəddəs Kəbə yanğın zamam xəsarət aldığı zaman insanlar onun təmir edilməsi üçün pul (ianə) toplamağa qərar verdilər. Ancaq bu yardım yalnız təmiz və halal gəlir qazananlar tərəfindən toplana bilərdi. Haram yolla pul qazanan sələmçilərə isə hər hansı bir yardım etmək qadağan olunmuşdur. Bu hadisə onu göstərir ki, hətta Ərəbistan bədəviləri də sələmlə qazanılan pulu halal və təmiz saymırdılar.

    Qeyd edək ki, Faizsiz Bankçılığın meydana gəlməsini şərtləndirən qaynaqlar müqəddəs kitabımız olan Qur`ani-Kərimdən, Muhamməd (s.ə.s.) peyğəmbərin tövsiyələri və həyatı boyu tətbiq etdiyi qaydalardan о cümlədən, İslam Fiqhində fətva üsullarından ibarətdir. Təbii ki, hələ İslamın meydana gəldiyi ilkin dövrlərdə Faizsiz Bankçılıq kimi anlayışlardan söhbət gedə bilməzdir. Lakin, İslam dini formalaşdığı zamanlarda belə Qur`ani-Krimdə və Peyğəmbərimizin (s.ə.s.) tövsiyyələrində iqtisadi qaydalar mövcud olmuşdur ki, burada da faiz və ticarətlə bağlı xeyli sayda fikirlər yer almışdır.

    Şərqdə İslam dininin geniş yayılması və dövlətçilik ənənələrinin yeni mərhələsinin fərmalaşması nəticəsində müsəlmanların həyatının sahələri şəriət qaydaları əsasında tənzimlənirdi. O cümlədən də iqtisadiyyatın bütün sferalarında (vergi, mülkiyyət, sahibkarlıq və s.) İslam prinsiplərinin tətbiq olunması sistemli xarakter almışdır.

    Tarix boyu dünya iqtisadiyyatında baş verən dəyişikliklər və ölkələrarası inteqrasiyanın güclənməsi müasir qlobal iqtisadi məkanın formalaşmasını şərtləndirmişdir. Artıq Şərq və Qərb arasında məsafə uzaqlıqları aradan qalxmış, çağdaş dövrün nəqliyyat, telekommunikasiya imkanlarının köməkliyi ilə iqtisadi və ticarət əlaqələri bir–birinə qovuşmuşdur. Belə olduğu halda XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq Qərbdə mövcud olan bir sıra banklar öz ölkələrinin vətəndaşlarına o cümlədən yeni müştərilərə xidmət göstərmək məqsədilə müsəlman ölkələrinə gəlməyə başladılar. Artıq bu dövrlərdən başlayaraq ənənəvi banklar filiallarını və ya yeni qurumlarını bir sıra müsəlman ölkələrində açırdılar.

    Getdikcə bu hal geniş vüsət alaraq bütün müsəlman aləmini əhatə etmiş və demək olar ki, maliyyə əməliyyatlarının hamısı həmin banklar vasitəsilə həyata keçirilirdi. Bildiyimiz kimi ənənəvi bankda faiz sərmayənin gəlir forması sayıldığından bu tip qurumlarda faizli əməliyyatlar işin əsasın təşkil edirdi.

    Belə oldugu halda həm müsəlmanlar həm də müsəlman dövlətləri iqtisadi baxımdan əziyyət çəkirdi. Çünki, insanlar öz şəxsi maliyyə yığımlarını daha çox evlərdə saxlayaraq külli miqdarda vəsaitin dövriyyədən kənarlaşmasına səbəb olurdular. Bununla yanaşı dövlətin daxili maliyyə mənbələri mövcud olduğu halda həmin vəsaitlərin toplanmasının və idarə edilməsinin mexanizminin yoxluğu ucbatından xarici banklardan və maliyyə institutlarından borclanmanın səviyyəsi ildən-ilə daha da yüksəlirdi. Belə vəziyyət müsəlman ölkələrində yaşayan və hətta Qərb dövlətlərində çalışan bir sıra İslam iqtisadiyyatı sahəsində tədqiqat aparan alimləri düşündürmayə başladı. XX əsrin ortalarında artıq İslam prinsiplərinə əsaslanan yeni bank modelinin qurulması ideyası ətrafında çoxlu sayda elmi müzakirələr başladı və müsəlman iqtisadçı alimlər tərəfindən bir sıra tezislər irəli sürüldü. Belə alimlər qrupuna Şərqin İslam hüquqşünas və iqtisadçılarından misal olaraq Muhammad Əbdüləziz ən-Nəccarı, Əhməd əz–Zərkanı, Muhammad Əzizi, Muhamməd Nicatullah Sıddıqini və s. göstərmək olar.(Prof. Dr. M. Ahmet ez-Zerka, Prof. Dr.А. Muhammed Abdülaziz en–Neccar, İslam düşüncesinde ekonomi, banka və sığorta ; çeviren: Hayreddin Karaman, IZ Yavınçılık, İstanbul · 2003)

    Faizin iqtisadiyyatdan kənarlaşdırılması tərəfində olan bir sıra müsəlman alimlər onun ənənəvi iqtisadi nəzəriyyə baxımından qənaətbəxş nəzəriyyə olmadığı fikrini irəli sürürlər. Bu tənqidi yanaşma əsasən sabit (fiksə edilmiş) faiz kursuna yönəlmişdir. Onlar mövcud faiz nəzəriyyələrini müasir iqtisadiyyatlarda özünə yer tutmuş institutların səmərəlilləşdirilməsi cəhdi kimi baxırlar. Amma buna baxamayaraq hələ də müasir iqtisadi təhlil metodları ilə də kapitalistlərin verdikləri borcun üzərində faiz gəliri əldə etmənin əsaslılığı sonadək subuta yetirilə bilinməmişdir. Bununla yanaşı müasir iqtisadçı mütəfəkkirlərin faizə haqq qazandırmalarındakı əsas dəlilləri faizin yığıma görə mükafat, kapitalın marjinal məhsuldarlığı,əmtəələrin bugünki və gələcək qiymətlərindəki fərqlərdən yaranmasıdır. (Zamir İqbal and Abbas Mirakhor, “An introduction to Islamic Finance“ Theory and Practice, John (Asia) Ltd. 2007, page 65)

    Faizə, yığıma görə gəlir kimi baxan müsəlman iqtisadçı alimləri qeyd edirlər ki, bu cür ödənişlərə o zaman haqq qazandırmaq olar ki, həmin yığımlar əlavə kapital və yeni dəyər yaratmaq üçün investitsiya olunsunlar. Onlar fikirlərini davam etdirərək bildirirlər ki, kapitalın marjinal məhsuldarlığı (əlavə məhsuldarlığı) faiz dərəcələrinin müəyyənləşdirilməsində bir faktor olsa da onun (faizin) kapitalın məhsuldarlığı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, faiz verilmiş kreditə (pula) görə ödənilir və kapitalın məhsuldarlığından asılı olmayaraq o borclu tərəfindən ödənilməlidir.

    “Faizi” verilmiş borcdan istifadə və kapitala investitsiyadan gələn gəlirə görə mükafat olmasını dəstəkləyənlərə cavab verən Müsəlman iqtisadçı alimlər, faizə- ona qoyulmuş sərmayənin qiyməti (price of return on capital) kimi baxmağı müasir nəzəriyyənin səhvi kimi qeyd edirlər. Onlara görə pul özü–özlüyündə kapital deyil, o sahibkarlıq fəaliyyətinin nəticəsində real sərmayəyə çevrilə bilir. Belə olduğu halda borc verənin bu işdə heç bir fəaliyyəti olmur.

    Faiz tərəfdarları isə belə oldugu halda faiz pulun zamana görə dəyəri olması iddiasını irəli sürürlər. Müsəlman alimlər belə bir dəlil faizin qaçınılmaz olduğunu göstərir, amma onun haqlılığını heç cürə sübuta yetirmir. Çünki, şəxs borc verdiyi zaman onun sadəcə borc vermə əməliyyatından mənfəət əldə etməsinə haqq qazandırla bilməz. Digər tərəfdən əgər həmin pul (borcverənin) vasitəsi ilə əlavə kapital dəyəri yaradılırsa, nəyə görə borcverən həmin fondların istifadəsindən yaranan əlavə kapitaldan yalnız kiçik paya (əvvəlcədən müəyyənləşdirilmiş, dəyişməyən faiz dərəcəsinə) sahib olsun. Halbuki, borcverən kapitalın yaratdığı davamlı artımdan fasiləsiz olaraq pay almaq hüququna malik olmalı idi. Deməli faiz sisteminin özünün daxili məntiqindən irəli gələrək bir sıra uyğunsuzluqlar var ki, bu zaman borcverən və ya borcalanlarda hər hansı biri iqtisadi əməliyyatın nəticəsində zərərli çıxmalıdır. Bu da faizsiz sistemin əsasını təşkil edən ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edir.

    Mənbə: Ruslan Atakişiyev, Faizsiz Bankçılığa Giriş, 2009

    Faizsiz Bankçılığın mahiyyəti və onun meydana gəlməsi
    #İslam bankçılığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər və Braziliya biznesi strateji tərəfdaşlığa hazırlaşır

    29 Avqust 2026 13:24

    Ər-Riyadda 5.1 milyard riyallıq dövriyyə - Şəhərlər üzrə POS əməliyyatlarının statistikası

    28 Avqust 2026 16:06

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Səudiyyədə zavodlar üçün alternativ maliyyə kanalları - fintex tərəfdaşlarının sayı artırıldı

    28 Avqust 2026 10:31

    BƏƏ-nin əmlak bazarında on milyardlarla dollarlıq canlanma

    28 Avqust 2026 09:59

    Bu günə olan valyuta məzənnələri

    28 Avqust 2026 09:42

    Səudiyyə Ərəbistanının xurma ixracı 533 milyon dollara yaxınlaşıb

    28 Avqust 2026 07:51

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    27 Avqust 2026 11:22

    Çindən birbaşa Səudiyyəyə yeni xətt - "ONE" nəhəng gəmiçilik xidmətini işə saldı

    27 Avqust 2026 07:33

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    26 Avqust 2026 21:28

    TÜİB-in yeni baş katibi Nedim Kaya Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünlə görüşüb

    25 Avqust 2026 18:20

    İslam Maliyyəsinin İnkişaf Mərhələləri

    25 Avqust 2024 09:40
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.