Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Avstriya şirkətləri Bakı–Tbilisi–Qars dəmir yolundan istifadəyə böyük maraq göstərir

    5 İyun 2024 11:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avstriya şirkətləri Bakı–Tbilisi–Qars dəmir yolundan istifadəyə böyük maraq göstərir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. ,AzerVoice:

    3-4 iyun 2024-cü il tarixlərində Avstriyanın Vyana şəhərində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe, bu ölkənin “Rail Cargo” və digər qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb.

    Bu barədə AzerVoice -ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkilində və geriyə yüklərin formalaşdırılmasında birgə əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb, həmçinin Qara Dəniz limanlarından Avropanın müxtəlif ölkələrinə daşımaların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

    Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması məqsədilə modernləşdirilmiş və bu yaxınlarda yükdaşımalara start verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları haqqında məlumat verilib.

    Avstriya şirkətlərinin rəhbərləri Orta Dəhliz, o cümlədən BTQ-nin imkanlarından istifadəyə böyük maraq göstərdiklərini bildiriblər.

    Avstriya şirkətləri Bakı–Tbilisi–Qars dəmir yolundan istifadəyə böyük maraq göstərir
    #dəmir yolu #Bakı–Tbilisi–Qars #QSC
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakı–Tbilisi–Bakı dəmir yolu marşrutu üzrə gediş haqqı açıqlanıb

    20 May 2026 15:21

    Türkiyə-Suriya sərhədində strateji nəqliyyat xətti bərpa olunur

    9 Dekabr 2025 10:29

    “AzerGold” QSC-nin təşkilatçılığı ilə şəhid ailələrinin Şuşaya səfəri gerçəkləşdirilib

    26 Sentyabr 2025 17:46

    Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır

    25 Sentyabr 2025 13:07

    Bakı–Ağdam qatarı 32 ildən sonra yola düşüb

    30 Avqust 2025 10:55

    Türkiyənin cənub-şərqi üçün strateji layihə - Dörtyol-Hassa yolu

    29 Avqust 2025 16:30

    Məqsədimiz layihəni Azərbaycanla birgə başa çatdırıb , əlaqəni təmin etməkdir - Uraloğlu

    22 Avqust 2025 12:33

    Qars-İğdır-Aralık-Dilucu xətti Zəngəzur dəhlizinin əsas komponenti olacaq - Uraloğlu

    21 Avqust 2025 16:36

    Dünyanın ən uzun üç borulu tunel sistemi Türkiyədə inşa ediləcək

    12 Avqust 2025 12:00

    Türkiyə-İran dəmir yolu əlaqəsi genişlənir: Ankara-Tehran xətti işə düşür

    28 İyul 2025 13:39

    Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək - Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı

    25 İyul 2025 17:50

    Konyada 4 yeni relsli sistem xətti planlaşdırılır - Uraloğlu

    7 İyul 2025 17:02
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.