Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Dalaman Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

    13 May 2024 12:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dalaman Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    2024-cü ilin aprel ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 594 min 299 nəfər olub.

    Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 20 faiz artaraq 351 min 610 nəfər, beynəlxalq reyslər üzrə isə 33 faiz artaraq 242 min 689 nəfər təşkil edib.

    2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 5 min 641 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 min 637 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 37 faiz artaraq, 3 min 4 ton təşkil edib.

    Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə müqayisədə 2 faiz azalaraq, 6 min 734 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz azalaraq 5 min 12, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 1 722 olub.

    Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon 373 min 395 ton təşkil edib.

    Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

    X: Lamanasadli01

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    #Türkiyə #Özəl #Türkiyə hava limanları #Muğla Dalaman Beynəlxalq Hava Limanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18
    XƏBƏR LENTİ

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.