Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Yunanistandan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    29 Mart 2025 14:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yunanistandan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2025-ci ilin yanvar-fevral aylarında Yunanistandan Türk limanlarına 1 milyon 121 min 639 ton yük daşınıb.

    Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Yunanistandan Türkiyə limanlarına 389 min 643 ton yük daşıyıb.

    “Bu ilin yanvar-fevral aylarında Yunanistandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 731 min 996 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Yunanistandan Türkiyəyə Yunanistan bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

    2025-ci ilin yanvar-fevral aylarında Yunanistandan Türkiyə limanlarına 91 min 512 ton tranzit yük daşınıb.

    Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30 milyon 855 min 73 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

    2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

    #Yunanıstan #Türkiyə yük daşımaları #Türkiyə limanları yükləmə #Türkiyənin hava limanlarında sərnişin və yük daşınması #Türkiyə limanları yükdaşımalar #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    20 İyul 2026 20:40

    Yunanıstana məxsus F-16 təyyarəsi təcili eniş edib

    9 İyul 2026 16:07

    Yunanıstanın Evia adasında iri meşə yanğını baş verib

    20 İyun 2026 22:32

    Yəhudilik, Xristianlıq və İslamda QÜDS - bir şəhər, üç fərqli baxış

    17 May 2026 21:00

    Tekirdağ limanında "yük" partlayışı - 653 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 17:15

    Mersin limanında "yük" partlayışı - 667 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:50

    İskenderun limanında "yük" partlayışı - 297 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:00

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40

    Türkiyənin Ceyhan limanının yük qəbulu 18 milyon tonu keçib (ÖZƏL)

    13 May 2026 09:42

    Azərbaycan və Yunanıstan əməkdaşlığın inkişafını müzakirə edib

    12 May 2026 18:49

    Türkiyənin Ambarlı limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

    12 May 2026 16:15

    Aliağa limanında "yük" partlayışı - 24 milyon tonu kim daşıdı? (ÖZƏL)

    12 May 2026 15:15
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.