Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Yüzdən çox ölkədən 500 xarici QHT COP29-da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb

    28 Noyabr 2024 14:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yüzdən çox ölkədən 500 xarici QHT COP29-da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Noyabrın 28-də COP29 QHT Koalisiyası "Baku dönüşü" ilə əlaqədar bəyanat yayıb.

    AzerVoice bəyanatı təqdim edir:

    "100-dən çox ölkədən 500-ə yaxın vətəndaş cəmiyyəti təsisatını özündə birləşdirən COP29 QHT Koalisiyası COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini təbrik edir, Azərbaycanın COP29 Sədrliyi ilə yeni iqlim maliyyəsinin müəyyənləşdirilməsi, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi vacib əhəmiyyət daşıyan qərarların qəbul olunmasını mühüm irəliləyiş hesab edir.

    COP29 QHT Koalisiyası üzvlərinin 84 faizi ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil edir. Təbii ki, yeni iqlim maliyyəsi ilə bağlı sənəddə əksini tapmış məbləğin daha yüksək olmasını istəyərdik. Lakin biz müxtəlif rəyləri olan 198 tərəfin iştirakı ilə verilən bu ümumi qərarın hansı çətinliklər və gərgin müzakirələr hesabına ərsəyə gəldiyini dərk edirik. Hesab edirik ki, bu razılığın əldə olunması kollektiv səylərin nəticəsidir və Bakı üçün tarixi bir andır. Əminik ki, sənəddə maliyyə artımı ilə bağlı yer alan çağırış COP prosesində gələcək danışıqların mühüm istinad nöqtəsi olacaq.

    Biz post-COP29 dövründə də iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində fəal iş aparacaq, COP29 mirasından bəhrələnəcək, bu istiqamətdə strateji xətti davam etdirmək üçün səylərimizi əsirgəməyəcəyik".

    Xatırladaq ki, COP29 QHT Koalisiyası bu ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. COP29 dövründə Koalisiyaya qoşulanların sayı xeyli artıb, onların bir hissəsi COP-da xüsusi müşahidəçiliyi olan təşkilatlardır. Azərbaycan COP29-da iştirak imkanı olan və bu imkana malik olmayan Qlobal Cənub regionu üzrə QHT-lər üçün bu Koalisiya vasitəsilə inklüziv mühit formalaşdırıb. COP29 QHT Koalisiyası müntəzəm əsasda hibrid görüşlər keçirir. Bəyanatdan da aydın görünür ki, Koalisiya post-COP29 dövründə də fəal olacaq.

    Ümumiyyətlə, son vaxtlar Azərbaycan QHT-lərinin təşəbbüslərinə xarici QHT-lər tərəfindən güclü dəstəyin verilməsi müşahidə edilir. 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb. Qeyd edək ki, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkənin QHT tarixində ilk dəfə baş verib".

    Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasət Qlobal Cənubda böyük rəğbət və hörmətlə qarşılanır, ölkəmiz getdikcə Qlobal Cənubun güclü səsinə çevrilir. Hesab edirik ki, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtı çatıb.

    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.