Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Su Məsələləri üzrə Bakı Dialoqu işə başladı

    21 Noyabr 2024 12:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Su Məsələləri üzrə Bakı Dialoqu işə başladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    COP29 çərçivəsində Su Məsələləri və İqlim Fəaliyyətləri üzrə Bakı Dialoqunun işə başlanmasına dair niyyət məktubu imzalanıb.

    AzerVoice xəbər verir ki, sənədi COP29 prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen imzalayıblar.

    Muxtar Babayevin sözlərinə görə, bu platforma COP-lar arasında əməkdaşlıq mexanizmi rolunu oynayaraq su məsələlərinə davamlı diqqətin təmin olunmasına xidmət edəcək. Platforma su, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə və səhralaşma arasındakı əlaqələri araşdıracaq, beynəlxalq və regional səviyyədə fəaliyyətlərə xüsusi diqqət yetirəcək.

    Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

    COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

    Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

    COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

    COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

    İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    İsrail: Hizbullahın atəşkəs pozuntuları “qəbuledilməzdir”

    Hörmüz boğazından neft və LNG daşımaları məhdud şəkildə bərpa olunur

    “Əbədi müharibələr”: Marko Rubio Konqresdə İran münaqişəsi ilə bağlı dinləməyə çıxıb

    Livan Səhiyyə Nazirliyi: İsrail hücumlarında ölənlərin sayı 3,468-ə çatıb

    Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

    Dünya Kubokuna hazırlaşan Türkiyə millisinin ən dəyərli futbolçuları açıqlanıb

    Livan: Sur şəhərindəki xəstəxana yaxınlığına endirilən zərbə nəticəsində yaralananların sayı 127-yə çatıb

    İspaniya ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak etməyəcək

    Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb

    Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.