Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq

    22 Oktyabr 2024 10:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Kəmər və Yol Enerji Nazirlərinin 3-cü iclasında iştirak məqsədilə Çində səfərdə olan energetika naziri Pərviz Şahbazovun bir sıra şirkətlərlə görüşləri olub.

    Bu barədə AzerVoice-ə Energetika Nazirliyindən məlumat verilib.

    Məlumata görə, görüşlərdə Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu və dövlət başçılarının münasibətlərin hərtərəfli inkişafını təşviq edən siyasəti müstəvisində “yaşıl enerji” əməkdaşlığının inkişafı diqqət mərkəzində olub.

    “China Energy International Group Co.,Ltd.” şirkətinin vitse-prezidenti və “China Energy Overseas Investment Co.,Ltd.” şirkətinin sədri Lin Xiadon ilə görüşdə Azərbaycanın enerji sisteminə əlavə həcmlərdə bərpa olunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji avadanlıqlarının yerli istehsalının təşkili və “yaşıl enerji dəhliz”ləri üzrə şirkətlə tərəfdaşlıq məsələləri müzakirə edilib. Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq günəş elektrik stansiyalarının tikintisinin icra vəziyyəti və şəbəkəyə qoşulma imkanları dəyərləndirilib, İcra Müqaviləsinin tezliklə imzalanmasının vacibliyi qeyd edilib. Həmçinin şirkətin bərpa olunan enerji sahəsində tədqiqat və inkişaf mərkəzinin yaradılması prosesinin tərkib hissəsi olması təklif edilib.

    “China Energy” şirkəti ilə günəş enerjisi, dənizdə külək enerjisi layihələrini irəli aparmaq, prioritet istiqamətlərdə əməkdaşlığa başlamaq üçün İşçi Qrupunun yaradılması razılaşdırılıb, bütün bu məsələləri əhatə edən müvafiq Anlaşma Memorandumunun imzalanması niyyəti ifadə olunub.

    “China Energy”nin vitse - prezidenti isə Azərbaycanda külək və günəş enerjisi layihələrinə investisiyaların genişləndirilməsi niyyətində olduqlarını bildirib. Şirkət tərəfindən Azərbaycanda külək turbinləri və onların bəzi komponentlərinin istehsalı, həmçinin tədqiqat mərkəzi ilə bağlı əməkdaşlığa dəstək ifadə edilib. Söhbət zamanı COP29-da Enerji Günü çərçivəsində əməkdaşlığa dair məsələlərə də toxunulub.

    "China Datang Corporation Limited" şirkətinin idarə heyətinin sədri Zou Lei ilə görüşdə isə Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünün fəal iştirakçısı olaraq, enerji və nəqliyyat sahələrində mühüm layihələrdə iştirakından, ikitərəfli əlaqələrin inkişafında enerji əməkdaşlığının vacib rolundan və ölkəmizin etibarlı enerji təchizatçısı missiyasının “yaşıl enerji” ilə genişləndirilməsində Çin şirkətləri ilə tərəfdaşlığın əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Avropaya “yaşıl enerji”nin ixracı üçün Xəzər dənizindən keçən “yaşıl enerji dəhliz”ləri təşəbbüsləri ilə çıxış edir və bu istiqamətdə Avropa ölkələri, Türkiyə, Qazaxıstan və Özbəkistan ilə əməkdaşlıq edir. Çin isə bu layihələrdə investor, texnologiya təminatçısı kimi fəal rol oynaya bilər. O da qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlığa dair Bəyannamə hər iki tərəfin qlobal iqlim dəyişikliyi problemlərinin həllində enerji əməkdaşlığını gücləndirməsini təşviq edir. “China Datang” şirkətinin yalnız ölkədə deyil, Çin xaricində də karbon izinin idarə edilməsində təcrübəsinin olduğunu deyən şirkət rəsmisi enerji transformasiyasına töhfə verməyə hazır olduqlarını bildirib.

    Görüşdə bərpa olunan enerji layihələrinin planlaşdırılması, dizaynı, tikintisi, istismarı və maliyyələşdirilməsi sahəsində geniş imkanlara malik "China Datang” şirkəti ilə günəş elektrik stansiyaları, quruda və dənizdə külək elektrik stansiyaları, enerji saxlama, və “yaşıl hidrogen” istehsalı layihələri üzrə investisiya əməkdaşlığı imkanları müzakirə edilib. Şirkətlə müvafiq əməkdaşlıq sənədinin yaxın vaxtlarda imzalanması, eləcə də Azərbaycanda elektrik enerjisinin planlaşdırılması və mühəndislik institutunun yaradılması üzrə əməkdaşlıq razılaşdırılıb.

    Energetika naziri “Huawei” şirkətinin ictimai əlaqələr üzrə prezidenti Kai Song ilə də görüşüb.

    Görüşdə Azərbaycan və “Huawei” şirkəti arasında enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu əməkdaşlıq çərçivəsində “Huawei” şirkətinin texnoloji potensialı və rəqəmsal enerji sahəsindəki təcrübəsinin Azərbaycanın “yaşıl enerji” layihələri ilə vəhdətinin enerji keçidi və enerji təhlükəsizliyinə mümkün töhfələrindən danışılıb. Bildirilib ki, “Huawei”nin günəş enerjisi (PV), rəqəmsal enerji, “ağıllı şəbəkə” infrastrukturu və enerji layihələrinin inkişafı üçün texnoloji həllər üzrə zəngin təcrübəsi var. Azərbaycan isə Avropa və Asiya arasında “yaşıl enerji dəhlizləri” və fiber-optik kabel layihələrini həyata keçirməyi planlaşdırır. Bu imkanlar çərçivəsində “Huawei” şirkəti ilə “yaşıl enerji” əsaslı məlumat mərkəzinin yaradılması üzrə əməkdaşlıq edilə bilər.

    Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq
    Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq
    Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq
    Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq
    Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq
    Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq
    #Azərbaycan #Çin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    10 İyun 2026 21:41

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    10 İyun 2026 20:54

    MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

    10 İyun 2026 17:48

    Azərbaycan və Yaponiya XİN başçılarının görüşündə dəniz təhlükəsizliyinin vacibliyi vurğulanıb

    10 İyun 2026 15:53

    Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov

    10 İyun 2026 15:38

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41

    Çin Yaxın Şərqdə vəziyyəti sakitləşdirmək üçün konkret addımlar atılmasını tələb edib

    9 İyun 2026 21:40

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    9 İyun 2026 11:33

    Ceyhun Bayramov Yaponiyaya getdi

    9 İyun 2026 09:26
    XƏBƏR LENTİ

    Dünya Kuboku iqtisadiyyatı: Futbol agentləri bazarı necə işləyir?

    Suriyada keçmiş rejim rəsmilərinin mühakiməsi hüquqi boşluqlarla üzləşir: Cəzasızlıq riski gündəmdədir

    Makedoniyalı İsgəndərin ölümündən 2349 il ötür: Dünyanın ən böyük imperiyalarından birini quran sərkərdənin sirli sonu

    Əfsanə elektrik mühərriki ilə qayıdır: Yeni Mitsubishi Eclipse Sportback EV

    Tarixdə bu gün - 11 İyun

    Trampın iddiaları rəsmi sənədlərlə təsdiqlənibmi?

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    Tramp: Müharibə bitdikdən sonra bazar stabilləşəcək

    Hindistan ABŞ‑ın dəniz hücumuna görə səfirini geri çağırdı

    Məsud Pezeşkian: İran hər hansı təzyiq və təhdid qarşısında möhkəm dayanacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.