Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Ötən il Trabzon limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

    5 Fevral 2024 17:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ötən il Trabzon limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Trabzon limanı 2 milyon 217 min 410 ton yük qəbul edib.

    Bu barədə AzerVoice-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, Trabzon limanından Türkiyə bayrağı altında üzən 246 min 826 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 970 min 584 ton yük daşınıb.

    “2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Trabzon limanından 114 min 387 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

    Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 391 milyon 717 min 308 ton yük qəbul edib.

    2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 299 min 350 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 362 milyon 417 min 958 ton təşkil edib.

    Eyni zamanda, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 66 milyon 735 min 403 ton transit yük daşınıb.

    2023-cü ilin dekabr ayında Türkiyə limanları 36 milyon 375 min 497 ton yük qəbul edib.

    Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 739 min 933 ton təşkil edib.

    Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 635 min 564 ton olub.

    Bununla yanaşı, 2023-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 238 min 880 ton tranzit yük daşınıb.

    Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

    Məlumata əsasən, bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

    Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

    Aytac Süleymanova

    Twitter: a_alieva_

    #Özəl #Türkiyə limanları #Trabzon limanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kocaeli limanında "yük" partlayışı - 825 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:25

    İskenderun limanında "yük" partlayışı - 297 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:00

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40

    Türkiyənin Ambarlı limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

    12 May 2026 16:15

    Aliağa limanında "yük" partlayışı - 24 milyon tonu kim daşıdı? (ÖZƏL)

    12 May 2026 15:15

    Türkiyə limanlarında bir ayda 77 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 May 2026 11:15

    Türkiyə limanları bir ayda 4 mindən çox gəmi qəbul etdi (ÖZƏL)

    12 May 2026 10:30

    Türkiyə limanlarında rekord inşaat yükü - 9,6 milyon ton (ÖZƏL)

    19 Aprel 2026 14:00

    Türkiyə limanlarından dünya bazarlarına - Martda milyonlarla ton kənd təsərrüfatı məhsulu yola salınıb (ÖZƏL)

    19 Aprel 2026 12:15

    Strateji daşımalar - Türkiyə limanlarından keçən xam neftin həcmi açıqlandı (ÖZƏL)

    19 Aprel 2026 10:15

    Türkiyənin Tekirdağ limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

    18 Aprel 2026 18:00

    Türkiyənin Mersin limanının yük qəbulu 10 milyon tonu keçib (ÖZƏL)

    18 Aprel 2026 16:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 6 İyun

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    İranın Ali Rəhbəri 2,000-dən çox məhbusu əfv edib

    ABŞ bildirir ki, İran limanlarının blokadası zamanı 129 gəmi istiqamətini dəyişib

    Livan Prezidenti Səudiyyə Ərəbistanın vəzir-əmirinə dəstəyi üçün təşəkkür edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.