13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin zəngin proqramı var. Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərginin açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, iki ölkənin mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər.
Mədəniyyət
10 oktyabr 2025-ci il tarixində Qızılorda vilayətində (Qazaxıstan Respublikası) Türk Mədəniyyəti və İrsi Fondu və Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə “Dədə Qorqud irsi: Türk dünyası üçün ümumi epik dəyərlər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfrans türk ölkələrinin folklor-musiqi sənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün sədaları” adlı beynəlxalq festival çərçivəsində baş tutub.
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Qızılorda vilayətinin Qarmaqşı bölgəsində yerləşən “Dədə Qorqud” Memorial Kompleksində Türk xalqlarının folklor-musiqi incəsənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün Sədaları” mövzulu VII Beynəlxalq Festivalının açılış mərasimi keçirilib.
Tədbir “Femmes Digitales – Supporting Women in Tech” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunub və “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində baş tutur.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş keçirilib. Görüşdə oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələr və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Mədəniyyət naziri Adil Kərimli çıxışında TÜRKSOY-la əməkdaşlığa xüsusi önəm verdiklərini, bu əməkdaşlığın ildən-ilə genişlənərək yeni məzmun qazandığını qeyd edib. Nazir türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyətini vurğulayıb.
bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından məmnuniyyətlə elan edir ki, cəmiyyətdə inklüzivliyin təşviqinə yönəlmiş daha bir sosial sərmayə layihəsini uğurla başa çatdırıb. Layihədə məqsəd eşitmə və nitq qüsurlu şəxslərin digər insanlarla və öz aralarında ünsiyyət imkanlarını genişləndirməkdir.
Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsis toplantısı və ilk iclası keçirilib. Bildirilib ki, iclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Vurğulanıb ki,şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.
MÜSİAD Azərbaycan üzvləri, valideynlərlə birlikdə Bakı Türk Anadolu Liseyinin yeni fəaliyyətə başlayan Əhmədli filialını ziyarət ediblər. Ziyarət zamanı Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri xanım Yurdağül Aydoğan və liseyin direktoru Abdullah Yılmaz məktəbdə yaradılmış müasir tədris şəraiti barədə qonaqlara ətraflı məlumat veriblər.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfərə gedib.
Bakı Expo Mərkəzi, XI Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılmış Elçin Əhmədovun “ Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitabın nəşrini mühüm mədəni hadisə kimi qiymətləndirərək qeyd edib ki, Şuşa şəhəri yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün müqəddəs bir məkandır. O bildirib ki, Fond tərəfindən həyata keçirilən bu nəşr layihəsi qədim Şuşanın zəngin tarixi, mədəni irsi və dünya sivilizasiyasındakı rolunun beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
2025-ci ilin 07 oktyabr tarixində İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə, Petra Milli İnam Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, şahzadə Dana Firasın himayədarlığı altında "Əsrlərin Sədası: Azərbaycan Musiqi Alətləri" adlı sərginin açılış mərasimi keçirilib.
Cari ilin ilk doqquz ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün fəaliyyət göstərən dövlət elektron poçt xidməti vasitəsilə ümumilikdə 12 milyon 267 min 260 elektron məktub emal olunub. Onlardan 9 milyon 336 min 877 elektron poçt təhlükəsiz şəkildə istifadəçilərə çatdırılıb. Eyni zamanda, 2 milyon 930 min 383 elektron məktubun zərərli məzmun daşıdığı müəyyən edilərək avtomatik şəkildə bloklanıb.