Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub

    9 Oktyabr 2025 11:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Oktyabrın 8-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş keçirilib.

    AzerVoice xəbər verir ki, görüşdə oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələr və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

    Mədəniyyət naziri Adil Kərimli çıxışında TÜRKSOY-la əməkdaşlığa xüsusi önəm verdiklərini, bu əməkdaşlığın ildən-ilə genişlənərək yeni məzmun qazandığını qeyd edib. Nazir türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyətini vurğulayıb.

    TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əlaqələrin möhkəmlənməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını çatdırıb.

    Görüş zamanı TÜRKSOY-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni təyin olunan nümayəndəsi Vüqar Məmmədov baş katibə təqdim olunub. Qeyd olunub ki, o, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.

    Tərəflər təşkilatın cari il üzrə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, birgə layihələrin icrasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıblar.

    #Mədəniyyət Nazirliyi #Adil Kərimli #TÜRKSOY
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    27 İyul 2026 22:53

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    27 İyul 2026 21:55

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    19 İyul 2026 21:24

    Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb

    17 İyul 2026 17:13

    Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

    9 İyul 2026 17:51

    “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

    3 İyul 2026 20:43

    Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

    29 İyun 2026 18:47

    Azərbaycanda Türk Dünyası Həftəsi keçirilir

    29 İyun 2026 10:12

    Mədəniyyət naziri Adil Kərimli III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib

    24 İyun 2026 18:10

    Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb

    23 İyun 2026 18:16

    Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

    19 İyun 2026 12:29

    Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

    17 İyun 2026 18:07
    XƏBƏR LENTİ

    Ambarlı limanında "yük" partlayışı - 17 milyon tonu kim daşıdı? (ÖZƏL)

    Türkiyə Fransaya iki yanğınsöndürmə təyyarəsi göndərib

    Türkiyədə məktəb daxilində məscidlər açılacaq

    Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN

    İordan çayının qərb sahilində zorakılıq dərhal dayandırılmalıdır - BƏƏ

    Pakistan vətəndaşları iyunda Türkiyədə 34 daşınmaz əmlak alıb (ÖZƏL)

    Türkiyədə şəxsi məlumatların internetdə paylaşılması qaydaları dəyişdi

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    Braziliya maliyyə naziri Argentina prezidentini "təlxək" adlandırıb

    Netanyahu ABŞ səfərinə görünməmiş təhlükəsizlik tədbirləri ilə yollanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.