“mygov” platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni xidmət istifadəyə verilib. Artıq “Əmək müqaviləsinin imzalanması” xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Mədəniyyət
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu, eyni zamanda dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.
7 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü çərçivəsində baş tutan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Yermek Koşerbayev, Qırğızıstan Respublikasının Xarici İşlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Baxtiyor Saidov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev eləcə də hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) rəhbəri Radil Fətullayev Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqovla görüş keçirmişdir. Görüş zamanı Əminağa Sadıqov universitetin fəaliyyəti, təhsil və elmi sahələrdə həyata keçirilən layihələr, həmçinin gələcəkdə reallaşdırılması nəzərdə tutulan proqramlar barədə ətraflı məlumat vermişdir.
3 oktyabr 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun növbəti görüşü keçirilib. Görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov çıxışında Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın ölkənin rəqəmsal gələcəyinin qurulmasında xüsusi rolunu vurğulayıb:
Türkiyə Maarif Vəqfinin Azərbaycana yeni təyin olunmuş təmsilçisi Tabip Gülbay, Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik şöbəsinin direktoru Mevlut Altıntop və müəllim heyəti MÜSİAD Azərbaycan ofisini ziyarət ediblər. Görüş zamanı Azərbaycanda fəaliyyətə başladığı ilk gündən qurulan səmərəli əməkdaşlıqlar və həyata keçirilən layihələr müzakirə olunub. Həmçinin, tərəflər gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək üçün yol xəritəsi hazırlayıblar.
3 Oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli və Qətərin Mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Türk Mədəniyyəti və İrsi Fondunun pavilyonunu ziyarət ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub. Səfər, Nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının şəhadətinin 5-ci ildönümündə məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən QSC-nin rəhbərliyi və kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə ağır döyüşlərin getdiyi Alxanlı kəndində qəhrəmancasına vuraşaraq şəhidlik zirvəsinə ucalıb.
Bu standartların tətbiqi ölkəmizdə zərgərlik və qiymətli daşlar sahəsində beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına, dəqiq analiz və keyfiyyətə nəzarət imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir. Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutub. Mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, o cümlədən Naxçıvandan olan startap qurucuları iştirak ediblər.
Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri və xarici qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanın mədəni potensialını, nəşriyyat işinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. O bu cür layihələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.