Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Mədəniyyət
    Mədəniyyət

    Qəbələdə keçirilən TDT iclasında Türk dövlətləri arasında mədəni əməkdaşlıq müzakirə olunub

    7 Oktyabr 2025 17:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəbələdə keçirilən TDT iclasında Türk dövlətləri arasında mədəni əməkdaşlıq müzakirə olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    7 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü çərçivəsində baş tutan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

    AzerVoice xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Yermek Koşerbayev, Qırğızıstan Respublikasının Xarici İşlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Baxtiyor Saidov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev eləcə də hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

    Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan tərəfinə səmimi qonaqpərvərlik və Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. O, qeyd edib ki, sülh və təhlükəsizlik mövzusu dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi və gələcək nəsillər üçün mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

    Çıxışının davamında Türk Mədəniyyəti və İrsi Fondunun cari ildə gördüyü işlər barədə ətraflı məruzə edib:

    “2025-ci ildə biz restavrasiya, muzeyləşdirmə, rəqəmsallaşdırma və mübadilə proqramlarını əhatə edən 65 layihə həyata keçirdik. Bütün təşəbbüslərimizdə inteqrasiya, əməkdaşlıq və birliyə üstünlük veririk. Türk Dünyasına Baxış-2040 sənədinə və Astana Nizamnaməsinə uyğun olaraq biz ilk “Türk Dünyası Mədəni İrsinin Çoxdilli Kataloqu”nu nəşr etdik. Bu nəşr gələcəkdə “Turkic Heritage” (“Türk İrsi”) adlı Rəqəmsal Platformanın əsasını təşkil edəcək.

    Eyni zamanda, Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi ilə çoxcildli “Türk Folklor İrsi” Antologiyasını həyata keçirdik.
    YUNESKO Parisdəki baş-qərargahında “Divani Lüğət ət-Türk”-ün 950 illiyinə həsr olunan beynəlxalq konfrans təşkil etdik.

    Fondumuz “Türk Dünyasına Baxış 2040” və “TURKTIME” sənədlərinə əsaslanaraq YUNESKO, İSESKO və Türk əməkdaşlıq təşkilatları ilə tərəfdaşlıqları gücləndirməyə davam edir”.

    Xanım Aktotı Raimkulovanın sözlərinə görə, bu ilin may ayında Budapeştdə keçirilən Qeyri-rəsmi Zirvə Görüşündə Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi qəbul olunması barədə tarixi qərar qəbul edilib ki, bu da Türk ailəsini daha da zənginləşdirib. Fond rəhbəri, həmçinin, Türkmənistanın müşahidəçi kimi qoşulmaq istəyini mühüm addım kimi qiymətləndirib və bu ölkənin yaxın gələcəkdə tamhüquqlu üzv qismində ailəyə qatılacağına ümid etdiyini bildirib.

    Fondun prezidentinin çıxışı Türk dövlətləri arasında mədəni həmrəyliyin və birliyin daha da güclənməsinə çağırışla yekunlaşıb.

    Qəbələdə keçirilən TDT iclasında Türk dövlətləri arasında mədəni əməkdaşlıq müzakirə olunub
    Qəbələdə keçirilən TDT iclasında Türk dövlətləri arasında mədəni əməkdaşlıq müzakirə olunub
    Qəbələdə keçirilən TDT iclasında Türk dövlətləri arasında mədəni əməkdaşlıq müzakirə olunub
    Qəbələdə keçirilən TDT iclasında Türk dövlətləri arasında mədəni əməkdaşlıq müzakirə olunub
    Qəbələdə keçirilən TDT iclasında Türk dövlətləri arasında mədəni əməkdaşlıq müzakirə olunub
    Qəbələdə keçirilən TDT iclasında Türk dövlətləri arasında mədəni əməkdaşlıq müzakirə olunub
    #Türk Dövlətləri Təşkilatı (TDT) #Aktotı Raimkulova #Qəbələ #Türk Mədəniyyəti və İrsi Fondu #XII Zirvə Görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

    28 Avqust 2026 16:52

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

    19 Avqust 2026 16:25

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

    18 Avqust 2026 14:04

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09

    XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

    29 İyul 2026 21:51

    Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb

    28 İyul 2026 15:02

    Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

    27 İyul 2026 18:29

    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

    27 İyul 2026 18:11

    Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

    27 İyul 2026 16:09

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    23 İyul 2026 11:42

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.