Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “AzerGold” QSC-nin kollektivi şəhid Muxtar Qasımlının xatirəsini yad edib

    2 Oktyabr 2025 15:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “AzerGold” QSC-nin kollektivi şəhid Muxtar Qasımlının xatirəsini yad edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    “AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının şəhadətinin 5-ci ildönümündə məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən QSC-nin rəhbərliyi və kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

    AzerVoice xəbər verir ki,“AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə ağır döyüşlərin getdiyi Alxanlı kəndində qəhrəmancasına vuraşaraq şəhidlik zirvəsinə ucalıb.

    Baş leytenant Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Qeyd edək ki, Muxtar Qasımlı ilə yanaşı, “AzerGold” QSC-nin Vətən müharibəsində iştirak etmiş daha bir əməkdaşı – Rauf Əsgərov da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

    “AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların əziz xatirələrinə hörmət və ehtiramını bildirir.

    #44 günlük Vətən müharibəsi #Azərbaycan Silahlı Qüvvələri #AzerGold #Muxtar Qasımlı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

    2 Sentyabr 2026 11:25

    Tarixdə bu gün - 2 Sentyabr

    2 Sentyabr 2026 00:01

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    "AzerGold" 10 ildə 2,2 milyard manatdan çox gəlir əldə edib

    7 İyul 2026 19:07

    AzerGold yeni xatirə sikkəsini təqdim edəcək

    8 Aprel 2026 15:20

    Məlumatın gizli süzgəci: Xəbər başlıqlarında gizlədilən həqiqətlər

    4 Aprel 2026 11:40

    “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekun hesabat tədbiri keçirilib

    27 Fevral 2026 09:59

    Milli Məclisdə Xocalı qurbanları anılıb

    24 Fevral 2026 11:59

    AzerGold” QSC 2025-2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsinin icrası üzrə yeni mərhələyə start verib.

    17 Fevral 2026 13:06

    “AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

    11 Fevral 2026 15:24

    “AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

    3 Fevral 2026 10:09
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.