Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Bu il 2 minədək vətəndaş kirayə üsulu ilə ev alıb

    8 Oktyabr 2025 16:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu il 2 minədək vətəndaş kirayə üsulu ilə ev alıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

    AzerVoice xəbər verir ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 8245 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunların da 1988-i cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür. Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 58 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

    Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

    Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

    #kredit #kredit riski #İlk kredit kartı #təhlükəsizlik zəmanəti #İpoteka və Kredit Zəmanət Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    6 Fevral 2026 16:07

    “SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

    4 Fevral 2026 16:02

    İpoteka və Kredit Zəmanəti Fondu BFB-də yeni istiqraz hərracı keçirəcək

    4 Fevral 2026 15:16

    İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 684 milyon manat kredit verilib

    29 Yanvar 2026 17:15

    2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

    27 Yanvar 2026 17:30

    2025-ci ildə 4 mindən çox ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

    23 Yanvar 2026 15:06

    Sumqayıt şəhərində daha 222 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir

    8 Yanvar 2026 11:35

    Pul haqqında maraqlı faktlar

    28 İyun 2025 08:48

    İran Hücum Təhdidi Altında: Rusiya Dəstəyə Hazırdırmı?

    24 Fevral 2025 10:00

    Mehmet Şimşek Türkiyənin kredit riskinin 100-ə düşəcəyini bildirib

    6 İyun 2024 15:21

    Gecikən krediti restrukturizasiya edilmiş sahibkara faiz subsidiyasının ödənişi dayandırılmayacaq

    27 May 2024 16:46
    XƏBƏR LENTİ

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.