Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Kamp Nou-da növbəti problem - yenilənmiş stadionda güclü yağış zamanı sızıntılar baş verdi

    26 Yanvar 2026 15:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kamp Nou-da növbəti problem - yenilənmiş stadionda güclü yağış zamanı sızıntılar baş verdi
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İspaniyanın Barselona klubunun yenidənqurmadan sonra qismən istifadəyə verilən Kamp Nou stadionunda növbəti texniki problem qeydə alınıb.

    AzerVoice xəbər verir ki, La Liqa çərçivəsində Real Oviedoya qarşı keçirilən qarşılaşma zamanı yağan güclü leysan nəticəsində stadionun media və şərhçi zonalarında ciddi sızıntılar baş verib.

    Yağış sularının dam örtüyündən axaraq şərhçi mövqelərinə və media avadanlıqlarına düşməsi jurnalistlər və yayımçılar üçün iş şəraitini xeyli çətinləşdirib.

    Oyun idman baxımından Barselona üçün uğurlu alınıb. Kataloniya təmsilçisi Dani Olmonun, Rafinianın və Lamin Yamalın qolları ilə Real Oviedo üzərində 3:0 hesablı qələbə qazanaraq turnir cədvəlində yenidən liderliyə yüksəlib.

    Lakin qarşılaşmanın son dəqiqələrində başlayan intensiv yağış azarkeşlərin bir qisminin stadionu erkən tərk etməsinə səbəb olub. Media nümayəndələri isə leysan altında oyunu sona qədər işıqlandırmağa məcbur qalıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə şərhçi masalarına və tribunaların bəzi hissələrinə su axdığı açıq şəkildə görünür.

    Qeyd edək ki, Kamp Nou stadionu uzunmüddətli və bahalı yenidənqurma prosesindən sonra bir neçə ay əvvəl qismən açılıb. Layihə başa çatdıqdan sonra arenanın tutumunun 105 min yerə çatdırılması nəzərdə tutulur. Hazırda isə təhlükəsizlik və texniki səbəblərdən stadiona təxminən 45 min azarkeş buraxılır. Modernləşdirmə işlərinin 2026-cı ilin iyununda tamamlanması planlaşdırılır.

    #Kamp Nou #Barselona stadionu #Barselona ev oyunları #Barselona #Barselona stadion problemi #stadion yenidənqurma problemləri #Barselona infrastrukturu #Barselona stadion təmiri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    6 İyun 2026 15:51

    Barselonada yay ayrılığı gündəmdə: Reşford və de Yonqun adı gedənlər siyahısında

    21 Aprel 2026 16:43

    Flik matç öncəsi meydançadan narazıdır

    14 Aprel 2026 16:10

    Çempionlar Liqasında yarımfinal uğrunda mübarizə başlayır

    13 Aprel 2026 15:46

    Barselona – Atletiko: Çempionlar Liqasında böyük duel

    8 Aprel 2026 10:28

    UEFA-dan diqqət çəkən təyinat - Barselona və Atletiko üçün uğursuz hakim faktoru

    6 Aprel 2026 15:02

    Barselona ilə FİFA arasında vəziyyət gərginləşib

    2 Aprel 2026 13:25

    Barselonada əbədi qalmaq istəyirəm - Lamin Yamal

    3 Fevral 2026 14:11

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    1 Fevral 2026 20:15

    Fermin Lopez “Barselona” ilə yeni müqavilə imzaladı

    31 Yanvar 2026 09:43

    “Barselona” La Liqada “Oviedo”ya qalib gələrək liderliyini möhkəmləndirdi

    26 Yanvar 2026 09:12
    XƏBƏR LENTİ

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    İsrail Livanın cənubuna yeni zərbələr endirib

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    İsrail qüvvələri Cəninin giriş və çıxışlarında nəzarəti artırıb

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

    İran Hörmüz boğazında 45 tankeri “qara siyahı”ya salıb

    Səudiyyə Ərəbistanının milli gəmiçilik şirkəti Qırmızı dənizdə tankerinin vurulduğunu təsdiqləyib

    Pakistan ABŞ və İranın diplomatiyaya qayıdışını asanlaşdıra bilər

    Husilər Səudiyyə Ərəbistanına məxsus neft tankerini ballistik raketlə vurduqlarını bildirirlər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.