Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Messinin Barselonaya qayıdışı üçün planlar müzakirə olunur

    13 Oktyabr 2025 15:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Messinin Barselonaya qayıdışı üçün planlar müzakirə olunur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Barselona klubunun prezidenti Joan Laporta, maliyyə böhranı səbəbindən Lionel Messinin komandadan ayrılmasının klubla münasibətlərdə gərginlik yaratdığını, lakin sonradan bu münasibətlərin bərpa olunduğunu bildirib.

    AzerVoice xəbər verir ki, Laportanın sözlərinə görə, argentinalı ulduzun Barselonaya qayıdışı və “Kamp Nou”da xüsusi vida oyununun keçirilməsi hələ də gündəmdədir.

    Messi 2021-ci ildə Barselonadan ayrılaraq PSJ klubuna keçmişdi. Klubun yeni müqavilə üçün vəsait ayıra bilməməsi səbəbindən baş verən bu ayrılıq həm azarkeşlər, həm də rəhbərlik üçün çətin dövr yaratmışdı.

    Kataloniya nəhəngi ilə bütün karyerasını keçirən Messi, PSJ-də keçirdiyi iki mövsümdən sonra 2023-cü ildə ABŞ-ın İnter Mayami klubuna transfer olmuşdu.

    “Messi ilə münasibətlərimiz çox yaxşı idi, lakin müqavilə yenilənmədiyi vaxt əlaqələr zədələndi. Daha sonra bu münasibət müəyyən dərəcədə bərpa olundu. Biz onun Barselonada layiq olduğu şəkildə xatırlanmasını istəyirik”- deyə o bildirib.

    Klub prezidenti, “Kamp Nou” stadionunun yenidənqurma işləri tamamlandıqdan sonra Messinin burada şərəf matçında meydana çıxmasının planlaşdırıldığını deyib.

    “Ümid edirik ki, o, layiq olduğu böyük ehtiramla qarşılanacaq. Messi Barselonanın tarixinə adını qızıl hərflərlə yazdırıb”- deyə Laporta vurğulayıb.

    Laporta klubun gələcəyi barədə danışarkən 18 yaşlı gənc istedad Lamin Yamalın adını xüsusi qeyd edib. Hazırda zədəsini sağaldan futbolçunun 26 oktyabrda Real Madridlə keçiriləcək El Klasiko oyununa qədər hazır olacağı gözlənilir.

    #PSJ #Real Madrid #Lionel Messi #İnter Mayami #Lamin Yamal #Xuan Laporta #Hansi Flik #Kamp Nou #Barselona stadionu #Barselona #futbol xəbərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Fransada tarix yazan ilk səudiyyəli - Səud Əbdülhəmid Fransa Superkubokunun qalibidir

    17 Avqust 2026 10:44

    “İnter Mayami” Neymarı transfer etmək istəyir

    10 Avqust 2026 11:18

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Misir səddinə qarşı böyük geri dönüş: Messi niyə ən yaxşı olduğunu sübut etdi

    8 İyul 2026 10:20

    Messi yeni tarixi rekorda imza atdı

    4 İyul 2026 11:57

    Fəhlə oğlu Lionel Messinin uşaqlığı, ailəsi və sülalə mənşəyi

    24 İyun 2026 08:13

    Əlcəzair Messini FİFA-ya şikayət etdi

    20 İyun 2026 14:06

    Bernardo Silvanın yeni klubu bəlli oldu

    12 İyun 2026 16:33

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    6 İyun 2026 15:51

    Dünya çempionatında çox sarı kart alan futbolçu – Maskerano

    1 İyun 2026 14:51
    XƏBƏR LENTİ

    Fələstin E1 layihəsinə niyə qarşı çıxır?

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.