Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Dani Sebalyos Real Madriddən Ayrılır?

    25 Avqust 2025 11:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dani Sebalyos Real Madriddən Ayrılır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Real Madridin yarımmüdafiəçisi Dani Sebalyos yay transfer pəncərəsində komandadan ayrılacağına dair işarə verib.

    AzerVoice xəbər verir ki, La Liqada Real Oviedoya qarşı keçirilən oyunda son dəqiqələrdə meydana daxil olan Sebalyon, sosial şəbəkə hesabında “Son rəqs” (“Last dance”) yazılı paylaşım edib.

    Bu, 29 yaşlı futbolçunun gələcəkdə yeni kluba keçid edəcəyi ehtimallarını gücləndirib.

    Komandada baş məşqçi vəzifəsinə Xabi Alonsonun gətirilməsindən sonra Sebalyosun mövqeyi zəifləyib. O, Jude Bellingham və Eduardo Kamavinga kimi zədəli oyunçulara baxmayaraq, yarımmüdafiədə seçim sırasının arxasında qalır.

    Alonso əsasən Aurelien Tçuameni, Federiko Valverde və mərkəzə çəkdiyi Arda Gülərə üstünlük verir.

    Son iki oyunda da Sebalyos yalnız son dəqiqələrdə meydana buraxılıb, Oviedo qarşılaşmasının 86-cı, Osasuna matçının isə 90-cı dəqiqəsində.

    Futbolçu mövsüm öncəsi Real Madriddə qalmaq və əsas heyətdə yer uğrunda mübarizə aparmaq istədiyini bildirib. Onun məqsədi həm də İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin diqqətini çəkərək 2026 Dünya Çempionatına qatılmaq idi. Lakin müntəzəm oyun praktikası qazanmadığı halda, bu arzusunun gerçəkləşməsi çətin görünür.

    Real Madrid Sebalyosu saxlamaqda maraqlı olsa da, klub 15–20 milyon avro aralığında gələcək təklifləri dəyərləndirməyə hazırdır. Oyunçu daha əvvəl Betis ilə də adı hallansa da, hələlik bu istiqamətdə konkret irəliləyiş qeydə alınmayıb.

    #İspaniya #Real Madrid #Arda Gülər #İspaniya La Liqası #Xabi Alonso #Dani Sebalyos #yay transfer pəncərəsi #Luis de la Fuente #Osasuna #Aurelien Tçuameni #Federiko Valverde
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    28 İyul 2026 21:28

    Beşiktaş Məhəmməd Salah üçün rekord təklif hazırlayıb – Müqavilənin detalları məlum olub

    26 İyul 2026 14:18

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    İspaniya millisi məğlubiyyətsizlik seriyasını 36 oyuna çatdırdı

    11 İyul 2026 17:41

    Tramp NATO liderləri qarşısında əvvəlki bəyanatlarını səsləndirmədi

    8 İyul 2026 18:37

    Avropa Komissiyası ABŞ-a hansı mesajı verib?

    8 İyul 2026 18:24

    Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib

    3 İyul 2026 21:59
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.